Bakıda daha bir tədris müəssisəsi COVID-19-a görə bağlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda daha bir tədris müəssisəsi COVID-19-a görə bağlanıb

17:46 - 26 / 03 / 2021
Bakıda daha bir tədris müəssisəsi COVID-19-a görə bağlanıb

Bakıda daha bir tədris müəssisəsi koronavirus səbəbindən distant təhsilə keçib.

1news.az-ın APA-ya istinadən məlumatına görə, COVİD-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə Nərimanov rayon Gigiyena və Epidemiologiya Mərkəzi Bakıdakı Məktəb Lisey Kompleksində (200 və 43 saylı orta məktəblər) əyani tədris prosesinin aprelin 9-na qədər dayandırılmasına qərar verib.

Martın 29-dan dərslər distant şəkildə təşkil ediləcək.

Paylaş:
380

Son xəbərlər

Bütün xəbərlər