Qanunsuz ova görə cərimələnən ərəblərin adları açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz ova görə cərimələnən ərəblərin adları açıqlandı

17:43 - 30 / 03 / 2021
Qanunsuz ova görə cərimələnən ərəblərin adları açıqlandı

Ərəblərə pulla satılan göyərçinlər əkin sahələrinin kənarlarında olan çöl göyərçinləri deyil.

1news.az unikal.org-a istinadən bildirir ki, bunu İlisu Dövlət Təbiət Qoruğunun direktor müavini Azərçin Muradov "Ekspert saatı"nda çıxışı zamanı deyib.

O qeyd edib ki, ərəblər ovla yox, quş təlimi ilə məşğul idilər:

"Şahinlərinə ov etdirmələri, heyvanlara qarşı acımasız rəftarın günahları öz boyunlarına qalsın. Texniki və fiziki cəhətdən bizim üzərimizə nə düşmüşdüsə onu da etmişik. Kaş bizi qınayanlar orada olardı. Sonradan qoyulan videolar həqiqətən yasaqlıq ərazisində çəkilib? Orada 30-40 təsərrüfat sahələri var. Biz dəstək gözləyirdik, ancaq çox adam fərqli fikirlərdən çıxış edirdilər".

Azərçin Muradov mətbuatda onlar barədə səsləndirilən ittihamların əsassız olduğunu bildirib: "Bizə qarşı mənfi fikirlər səsləndirilən insanlar səmimi deyil".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov ərəblər barədə İnzibati xətalər məcəlləsi barədə cərimə təyin olunub: "Ən yüksək məbləğdə cərimələr tətbiq edilib. 4 056 manat cərimə təyin edilib və tam ödənilib".

O, cərimələnən ərəblərin adlarını da açıqlayıb:

"Rubelin Muhammed barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə, 1 baş boz durnanı qanunsuz ovlayan Rəşed İcaber və özünə məxsus şahin quşu ilə 4 baş bildirçini ovlayan Abdulmacid Çemçi barəsində 272.3 maddəsi ilə protokol tərtib edilib".

1news.az

Paylaş:
269

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər