Bakıda tıxaclardan qurtulmağın yolu - tramvay və trolleybuslar | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda tıxaclardan qurtulmağın yolu - tramvay və trolleybuslar

17:16 - 02 / 04 / 2021
Bakıda tıxaclardan qurtulmağın yolu - tramvay və trolleybuslar

Bakı şəhərində tıxacları aradan qaldırmaq üçün ən alternativ yol paytaxtda tramvay və trolleybus xətlərinin çəkilməsidir.

1news.az bildirir ki, bunu Trend-ə açıqlamasında nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib.

O bildirib ki, əgər Bakıda tramvay və trolleybus xətləri çəkilərsə, bu şəhərdə sıxlığı aradan qaldıra bilər:

"Şəhərdaxili ictimai nəqliyyatın bütün variantlarını inkişaf etdirə bilsək, xidmətin kəmiyyət və keyfiyyətini artıra bilsək çox yaxşı olar. Yəni bunun üçün tramvay və trolleybus xətlərini çəkməklə yanmaşı xidməti də komfort etmək vacibdir. Belə olarsa, əhali şəxsi nəqliyyat vasitələrindən az istifadə edər və bu da şəhərdə tıxacların qarşısını alar. Həmçinin ətrafı ərazilərə dəmir yolu qatarlarının da bərpası paytaxtda avtomobil sıxlığını azalda bilər".

Xəzər dənizi üzərindən şəhərdaxili nəqliyyat vasitəsi kimi istifadəyə gəlincə isə, Ə. Hüseynov bildirib ki, bu layihə sıxlığı aradan qaldırmaq üçün o qədər də əlverişli vasitə deyil:

"Bu sıxlığı aradan qaldırmaq üçün o qədər də effekt verməyəcək: "Məsələn, Əhmədli, Zığ qəsəbəsindən "dəniz taksisi" deyilən marşrutla Bulvar ərazisinə və ya Bayıl qəsəbəsinə hərəkət etmək olar. Bu yalnız həmin ərazilərdə tıxaclara kömək edəcək. Digər ərazilərdə sıxlığa təsiri olmayacaq. Bundan başqa, Əhmədlidən həmin dəniz taksisindən istifadə etmək istəyən şəxs limana qədər hansısa nəqliyyat vasitəsilə gəlməli, gəldiyi yerdən isə şəhərin hansısa istiqamətinə digər nəqliyyat vasitəsindən istifadə etməlidir. Ona görə də bu marşrutdan istifadə edəcək şəxslərin çox olmasını düşünmürəm".

1news.az

Paylaş:
306

Son xəbərlər

“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00Qubada paraşütçü ölübBu gün, 09:36AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:08Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25
Bütün xəbərlər