Bu ilin 3 ayında Azərbaycanda 36 nəfər mina və partlamamış hərbi sursatlardan zərər çəkib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ilin 3 ayında Azərbaycanda 36 nəfər mina və partlamamış hərbi sursatlardan zərər çəkib

S.Xankişiyeva14:07 - 03 / 04 / 2021
Bu ilin 3 ayında Azərbaycanda 36 nəfər mina və partlamamış hərbi sursatlardan zərər çəkib

2021-ci ilin mart ayında 3 hadisə nəticəsində 8 nəfərin piyadalar əleyhinə minalardan zərər çəkdiyi qeydə alınıb.

Bu barədə 1news.az-a Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyindən bildirilib.

Nəticədə iki mülki şəxs həlak olub, biri uşaq olmaqla altı mülki şəxs yaralanıb. 2021-ci ilin mart ayında minalarla bağlı hadisələr Ağdam və Xocavənd rayonlarının ərazisində baş verib.

Ümumilikdə 2021-ci ilin ilk üç ayında 36 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb: "Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi bir daha əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar".

Paylaş:
333

Son xəbərlər

Bütün xəbərlər