Azərbaycan startapı turizm sahəsində MENA bölgəsi üzrə ilin şirkəti seçilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan startapı turizm sahəsində MENA bölgəsi üzrə ilin şirkəti seçilib - FOTO

S.Xankişiyeva10:00 - 07 / 04 / 2021
Azərbaycan startapı turizm sahəsində MENA bölgəsi üzrə ilin şirkəti seçilib - FOTO

Azərbaycanlı komandanın idarə etdiyi və baş ofisi BƏƏ-nin Dubay şəhərində yerləşən Pickvisa.com startapı turizm sahəsi üzrə regionun ən yaxşı şirkəti seçilib.

Viza işlərinin onlaynlaşdırılması üzrə ixtisaslaşmış bu səyahət startapı pandemiyanın turizmə ciddi mənfi təsir göstərdiyi bir dövrdə yaranmış vəziyyəti öz xeyrinə dəyişə bilib. Pickvisa startapının azərbaycanlı təsisçisi Baba Ağayev dünyanın tanınmış biznes dərgilərindən biri olan “Entreprenuer.com” üçün verdiyi müsahibəsində belə bildirib. Azərbaycanlı komanda yaranmış durğunluqdan maksimum istifadə edərək xidmətlərində viza müraciətçilərinin işini asanlaşdırmaq üçün innovativ dəyişikliklər ediblər.

Veb platformanın təqdim etdiyi bu elektron həllər MENA bölgəsinin diqqətindən kənarda qalmamışdır. Pickvisa.com “Entrepreneur.com”, “Dubai Chamber” və “Dubai Startup Hub”ın təşkil etdiyi “E-business Awards 2021” tədbirində ilin ən yaxşı e-travel şirkəti seçilib. Baba Ağayev hazırda üzərində işlədikləri Pickvisa.com startapı ilə gələcəkdə bu sfera üzrə viza alınması prosesində tamamilə yenilik yaratmağı hədəflədiklərini bildirib.

Qeyd edək ki, Pickvisa.com dünya üzrə səyahətçilərin viza müraciətlərini asanlaşdıran veb platformadır. Platforma, eyni zamanda, istənilən ölkə vətəndaşlarının 70 fərqli ölkəyə səyahətləri üçün e-viza müraciətlərini həyata keçirir. Veb səhifədə “Viza Şansı Kalkulyatoru” kimi bir neçə spesifik viza alətləri də yer alır.

“E-business Awards 2021” haqqında: https://bit.ly/3dhwyRO

Baba Ağayevin “Entrepreneur.com” jurnalına müsahibəsi: https://bit.ly/3uabYK2

Reklam hüququnda

Paylaş:
375

Son xəbərlər

Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00Qubada paraşütçü ölübBu gün, 09:36AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:08Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21
Bütün xəbərlər