“Ümid” qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzil verilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Ümid” qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzil verilib - FOTO

Qafar Ağayev14:31 - 09 / 04 / 2021
“Ümid” qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzil verilib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Qaradağ rayonunun “Ümid” qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 30 mənzil təqdim edilib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iştirak ediblər.

S.Babayev vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində möhtəşəm Zəfər əldə edən Azərbaycanda şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri də geniş miqyas alıb. Xüsusilə bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.

Nazir son üç ildə də təqdim edilən mənzil və fərdi evlərin sayında ciddi artımı diqqətə çatdırıb. Bildirib ki, 2018-ci ildə 626 ədəd, 2019-cu ildə bundan 50% çox olmaqla 934 ədəd, 2020-ci ildə əvvəlki ilə nisbətən 70%-ə qədər çox, yəni 1572 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib.

Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamının bu istiqamətdə mühüm irəliləyişlərə imkan yaratdığını diqqətə çatdıran S.Babayev Sərəncamla 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi ev veriləcəyini deyib. Qeyd edib ki, həmin kateqoriyadan olan həm 2014-2019-cu illərdə uçota alınmış şəxslər, həm də 2020-ci ildə hərbi əməliyyatlarda (o cümlədən Vətən müharibəsində) şəhid olanların ailələri və müharibə əlilləri yaxın beş ildə mənzil və fərdi evlə təmin olunacaq.

Nazir bildirib ki, 2021-ci ildə 3 minədək mənzil və fərdi ev verilməklə, bu il mənzil və fərdi evlə təminat proqramı 2018-ci ilə nisbətən 5 dəfəyə yaxın genişlənəcək. Prezident İlham Əliyevin tapşırığı ilə keçmiş köçkünlər üçün tikilmiş mənzillər də şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilir. Hazırda “Ümid” qəsəbəsindəki yaşayış binalarından təqdim edilən 30 mənzil də daxil olmaqla 2021-ci ilin planı üzrə artıq 230 mənzil verilib. Ümumilikdə isə indiyədək 9430 mənzil və fərdi ev verilib.

Müharibə əlillərinin minik avtomobilləri ilə təminatından bəhs edən S.Babayev 2018-ci ildə 265 ədəd, 2019-cu ildə 600 ədəd, 2020-ci ildə 400, ümumilikdə indiyədək 7200-dən çox avtomobilin müharibə əlillərinə verildiyini, bu tədbirlərin də davam edəcəyini diqqətə çatdırıb. O, dövlət başçısının göstərişi ilə müharibədən sonrakı dövrdə şəhid ailələri, müharibə iştirakçıları və əlilləri, erməni terrorundan zərər çəkənlərlə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketi barədə məlumat verib.

Yeni mənzillə təmin olunanlar Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibənin əlilləri, Aprel döyüşləri iştirakçısı, habelə İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələridir.

Şəhid ailəsi üzvləri və müharibə əlilləri tarixi Zəfərimizlə sonsuz qürur hissi keçirdiklərini vurğulayıblar. Onlar sosial təminatlarının gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan işlərdən razılıqla bəhs ediblər. Göstərilən yüksək diqqət və qayğıya, yeni mənzillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Paylaş:
600

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər