Yevlaxda özünü Kür çayına atan şəxs xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yevlaxda özünü Kür çayına atan şəxs xilas edilib

Qafar Ağayev09:06 - 09 / 04 / 2021
Yevlaxda özünü Kür çayına atan şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN ) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin özünü suya atması barədə məlumat daxil olub.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
492

Son xəbərlər

Bütün xəbərlər