Abşeronda şadlıq evində toy keçirildi, 38 nəfər cərimələndi - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda şadlıq evində toy keçirildi, 38 nəfər cərimələndi - FOTO - VİDEO

Qafar Ağayev09:42 - 09 / 04 / 2021
Abşeronda şadlıq evində toy keçirildi, 38 nəfər cərimələndi - FOTO - VİDEO

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitar-gigiyena və karantin rejimi qaydalarının pozulmasına səbəb olan toy mərasiminin keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, Xırdalan şəhərində yerləşən şadlıq evlərindən birində profilaktik tədbir keçirilən zaman polislər obyektin icarədarı Ceyran Məmmədova və restoranın inzibatçısı Nazir Cəlilovun dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq insanların kütləvi şəkildə iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi müəyyən edilib. Polislər tərəfindən obyektin icarədarı, xidməti personal, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.

Ümumilikdə toyda iştirak edən 38 nəfər, eləcə də obyektin inzibatçısı barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib və onlar 200 manat məbləğində cərimələniblər. Mərasimin təşkilinə şərait yaradan şadlıq sarayının rəhbəri isə 5000 manat miqdarında cərimə olunub.

Paylaş:
1093

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər