Azərbaycanın Ukraynadakı səfirliyinə qarşı təxribat: Səfir Elmira Axundovanı “yolsuzluq avtomobilində qanun pozucusu” kimi qələmə verirlər – VİDEO – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın Ukraynadakı səfirliyinə qarşı təxribat: Səfir Elmira Axundovanı “yolsuzluq avtomobilində qanun pozucusu” kimi qələmə verirlər – VİDEO – FOTO

S.Xankişiyeva13:31 - 10 / 04 / 2021
Azərbaycanın Ukraynadakı səfirliyinə qarşı təxribat: Səfir Elmira Axundovanı “yolsuzluq avtomobilində qanun pozucusu” kimi qələmə verirlər – VİDEO – FOTO

Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın Xalq yazıçısı Elmira Axundovaya qarşı “qara piar” ənənəsində informasiya hücumu törədilib.

Azərbaycanda fəaliyyət göstərən bir sıra saytlar “Elmira Axundovadan növbəti qalmaqal: Ukrayna polisi video yaydı” sərlövhəli xəbər paylaşıblar. Bu xəbərdə xanım səfiri nə az, nə çox yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqda ittiham ediblər.

Daha dəqiq desək, guya Elmira xanım idarə etdiyi "Toyota Land Cruiser" markalı (D 041 005 diplomatik nömrəli) xidməti avtomobili az qala insanların üzərinə sürərək, işıqforun qadağanedici siqnalında hərəkət edib.

“Haqlı” olduqlarını sübut etmək üçün onlar Ukraynanın "Operativ Kiyev" İctimai Təşkilatı tərəfindən yayımlanmış aşağıdakı videosunu dərc edirlər:

Saxtalaşdırmanın göz qabağında olması dərhal ortaya çıxır, çünki Elmira xanımı yaxından tanıyan şəxslər bilirlər ki, o, avtomobil idarə edə bilmir və heç vaxt bunu etmir.

Tərəfimizdən aparılmış jurnalist araşdırması şübhəli reputasiyaya malik müxtəlif saytların xanım səfirin ünvanına irəli sürdüyü ittihamların saxta olduğunu sübut edir.

Belə ki, Azərbaycanın Ukraynadakı səfirliyinə sorğu ilə müraciət edərək, "Toyota Land Cruiser" markalı (D 041 005 diplomatik nömrəli) xidməti avtomobilin fotoşəkillərini əldə etdik. Bu zaman, yol hərəkəti qaydaları pozucusunun avtomobilinin xarici görkəmi ilə, aşağıda şəkli təqdim olunan, səfirliyə məxsus avtomobilin xarici görkəmi arasında əhəmiyyətli fərqlər müşahidə etdik:

1 – Səfirliyə məxsus avtomobilin yük yerinin qapısının sağ tərəfindən V8 yazısı əks olunub, bu isə 8 silindirli atmosfer (benzin) mühərriyi deməkdir. Yol hərəkəti qaydaları pozucusunun avtomobilinin yük yerinin qapısında isə dizel mühərriyinin işarəsi əks olunub.

2 – Yol hərəkəti qaydaları pozucusunun avtomobilinin yan arxa hissəsində əlavə ağ-qara “şildik” var, səfirliyə məxsus avtomobildə isə bu yoxdur.

3 – Səfirliyə məxsus avtomobilin nömrəsi, onun Azərbaycanda alındığını əks etdirən qara çərçivədədir. Videodakı avtomobildə isə çərçivə başqa formada və rəngdədir.

4 – Yol hərəkəti qaydaları pozucusunun avtomobilinin nömrəsindəki D hərfi ilə nömrənin kənarı arasında, həmçinin rəqəmlər arasında məsafə və rəqəmlərin görünüşü səfirliyə məxsus avtomobilə quraşdırılmış nömrədən fərqlənir.

5 – Yol hərəkəti qaydaları pozucusunun avtomobilinin qapılarının tutacaqları xromlanmış, səfirliyə məxsus avtomobilin qapılarının tutacaqları isə korpusla eyni (qara) rəngdədir.

Bundan əlavə, bunun, səfirliyin bədxahlarının mütəşəkkil şəkildə yaydıqları yalan olması, "Operativ Kiyev" saytında səfir Elmira Axundova haqqında bir kəlmə belə yazılmamasından aydın olur. Azərbaycan saytları ilə ittihamları şəxsən xanım səfirə yönəldərək, onu əsassız olaraq ittiham ediblər.

Azərbaycanın Ukraynadakı səfirliyi artıq bu təxribatla bağlı bəyanatla çıxış edib. Səfirlikdən 1news.az-a bildiriblər ki, guya E.Axundova tərəfindən qayların pozulması haqqında bir sıra KİV-də tirajlanan xəbərləri təəccüb və hiddətlə qarşılayıblar.

“Bununla əlaqədar olaraq səfirlik bəyan edir:

Qeyd olunan nömrəyə malik avtomobil Azərbaycanın Uraynadakı səfirinin şəxsi avtomobili kimi təhkim edilməyib. Səfirin şəxsi avtomobilinin nömrəsi fərqlidir.

Səfirlikdə bu markalı avtomobil var. Səfirliyin əməkdaşlarından biri tərəfindən idarə olunan həmin avtomobilin nömrəsi Ukraynanın dövlət orqanlarından biri tərəfindən səfirliyə təqdim edilib.

Səfir Elmira Axundova heç vaxt o avtomobildən istifadə etməyib.

Səfirlik tərəfindən aparılmış ilkin araşdırma əminliklə deməyə əsas verir ki, avtomobilin videoqeydiyyatçısında qeydə alınmış avtomobil səfirliyə məxsus avtomobil deyil, onun üzərindəki nömrə isə saxtadır. Bununla əlaqədar olaraq, səfirlik, nömrənin saxtalaşdırılması faktı və əsassız olaraq səfirlik əməkdaşlarına qarşı qarayaxma cəhdinin araşdırılması, bunu kimin və hansı məqsədlə etdiyinin müəyyənləşdirilməsi xahişi ilə Ukraynanın Daxili İşlər Nazirliyinə müraciət edib.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyini və şəxsən səfir Elmira Axundovanı nüfuzdan salmaq, özgə avtomobili səfirliyin avtomobili kimi təqdim etmək, səfirliyin fəaliyyətinə mane olmaq, diplomatların uğurlu fəaliyyətinə kölgə salmaq cəhdi yalnız təəssüf doğurur.

Biz öz tərəfimizdən Ukrayna DİN-i fakt üzrə operativ istintaq aparmağa və diplomatik nümayəndəliyin saxta nömrəsi ilə daha böyük xəta törətməmişdən öncə qanun pozucusunu tapmağa çağırırıq. Azərbaycan DİN-dən də bu işə qoşulmağı, “1news.az” saytının hörmətli stajlı müəllifi, Xalq yazıçısı Elmira Axundovanı müxtəlif yalançı jurnalistlərin və Azərbaycanın aşkar düşmənlərinin hücumlarından müdafiə etməyi, bu təxribatçı saxtalaşdırmanın kim tərəfindən və hansı məqsədlə edildiyini müəyyən etməyi, bununla da onun əziz adını qorumağı xahiş edirik.

Qeyd etmək istəyirik ki, ötən il ərzində “1news.az” saytı dəfələrlə, Elmira Axundovanın səfir təyin olunmasından sonra Azərbaycanın Ukraynadakı səfirliyinin həyata keçirdiyi genişmiqyaslı fəaliyyət barədə yazılar dərc edib. Görünür, səfirliyin uğurları bəzi şəxslərdə elə güclü paxıllığa səbəb olub ki, onlar açıq təxribatlardan belə çəkinmirlər.

Paylaş:
807

Son xəbərlər

Sabah leysan olacaq - ProqnozBu gün, 12:40Heydər Əliyev mərkəzi üçün hazırlanan əsər - “Hava fontanı - kəlağayıların rəqsi” - VİDEOBu gün, 12:22Pensiyaçılar ölkə əhalisinin 10,8 faizini təşkil edirBu gün, 12:14Sabunçuda hospitalda ölüm faktı qeydə alınmasına görə araşdırma aparılırBu gün, 12:05Mingəçevirdə 200 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 12:00Fevralda nə qədər adam pensiya təyinatı alıb? - AçıqlandıBu gün, 11:19RİNN bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkBu gün, 10:56“Qala” qoruğunda Novruz şənliyi keçirilib - FOTOBu gün, 10:48Yol polisi səfərə hazırlaşan sürücülərə müraciət edibBu gün, 10:38Abad məhəllələrdəki Novruz şənlikləri davam edir - FOTOBu gün, 10:27Xankəndidə xeyli silah-sursat tapılıbBu gün, 10:24Ötən gün 18 kiloqramdan çox narkotik vasitə aşkarlanıbBu gün, 10:12Mikayıl Cabbarov İlaxır Çərşənbəyə dair paylaşım edibBu gün, 10:10FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edibBu gün, 10:03Dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVABu gün, 09:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:46TƏBİB Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcəkBu gün, 09:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri açıqlanıbBu gün, 09:24Saatlıda narkokuryerdən 8 kiloqram heroin və marixuana aşkar edilibBu gün, 09:16Azərbaycan neftinin qiyməti 88 dolları keçibBu gün, 09:12
Bütün xəbərlər