Ağcabədidə 40 yaşlı kişi elektrik dirəyindən yıxılıb öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə 40 yaşlı kişi elektrik dirəyindən yıxılıb öldü

Qafar Ağayev10:45 - 12 / 04 / 2021
Ağcabədidə 40 yaşlı kişi elektrik dirəyindən yıxılıb öldü

Aprelin 8-də saat 14 radələrində Ağcabədi rayonunun “Haramı” adlanan ərazisində 1981-ci il təvəllüdlü Yusifov Elbrus Camal oğlunun elektrik dirəyindən yıxılması nəticəsində almış olduğu xəsarətdən hadisə yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağcabədi rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Ağcabədi Elektrik şəbəkəsində elektrik avadanlığı işləri mütəxəssisi işləyən Elbrus Yusifov qeyd edilən ərazidə yüksək gərginlikli elektrik xəttinin bağlandığı dirəklərə bərkitmə işlərinin aparılması zamanı yıxılmış və baş nahiyəsindən aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri tədbirlər yerinə yetirilmişdir.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Paylaş:
479

Son xəbərlər

Bütün xəbərlər