Şahin Seyidzadə: Qarabağ Dirçəliş Fondu ərazilərin bərpa olunmasında dövlət-özəl tərəfdaşlığı mexanizminin tətbiqinə şərait yaradır | 1news.az | Xəbərlər
Cəmiyyət

Şahin Seyidzadə: Qarabağ Dirçəliş Fondu ərazilərin bərpa olunmasında dövlət-özəl tərəfdaşlığı mexanizminin tətbiqinə şərait yaradır

09:20 - 14 / 04 / 2021
Şahin Seyidzadə: Qarabağ Dirçəliş Fondu ərazilərin bərpa olunmasında dövlət-özəl tərəfdaşlığı mexanizminin tətbiqinə şərait yaradır

Qarabağ Dirçəliş Fondu 44 günlük Vətən müharibəsi dövründə bir yumruq olan xalqın Qarabağın bərpasında da birlik və iştirakının təminatçısı olmasına zəmin yaradır.

Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini Ermənistan işğalından azad edərək, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoydu. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq.

Dünya təcrübəsində əhəmiyyətli inkişaf yolu keçmiş ölkələrə baxdıqda burada dövlət-özəl tərəfdaşlığı (Public-Private Partnership) həmişə geniş parametrli mövzu olaraq xüsusi əhəmiyyət kəsb etmişdir. Dövlət və özəl sektor münasibətləri prioritet bir mövzu olub iqtisadi, sosial, hüquqi, mədəni, siyasi və digər çalarları özündə əks etdirir.

İnstitusional təşəbbüslərin olması taleyüklü məsələlərin həlli istiqamətində dövlətin strateji yanaşdığını göstərir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini (bundan sonra – müvafiq sahə) həyata keçirən publik hüquqi şəxsdir.

Bu fondun yaradılmasını milli birliyin qorunmasının bariz nümunəsi və dövlətin Qarabağ siyasətinin təzahürüdür. Həmvətənlərimizin həmin Fonda müəyyən məbləğdə vəsaitlər köçürmələri təkcə maddiyyatla bağlı deyil, eyni zamanda, milli-mənəvi birliyimizi möhkəmləndirməyə, vətəndaşlarımızın bir-birinə dəstək olmasına şərait yaradır.

Dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən Qarabağ Dirçəliş Fondunun xətti ilə mərkəzləşdirilmiş qaydada görüləcək işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək, Qarabağ sakinləri daimi yaşayış yerlərinə qayıdacaqlar. Dirçəliş prosesində yeni iş yerləri açılacaq, ölkə həyatının bütün digər sahələrində də sürətli inkişafa nail olunacaq. Bütün bunlar həmvətənlilərimizin həyat şəraitinin daha da yaxşılaşdırılmasına da töhfə verəcək.

Paylaş:
1927

Son xəbərlər

Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00Qubada paraşütçü ölübBu gün, 09:36AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:08Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06
Bütün xəbərlər