Bu il Azərbaycanda diplomları tanınmayan xarici ali məktəblərin adları açıqlanıb - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu il Azərbaycanda diplomları tanınmayan xarici ali məktəblərin adları açıqlanıb - SİYAHI

S.Xankişiyeva10:38 - 13 / 04 / 2021
Bu il Azərbaycanda diplomları tanınmayan xarici ali məktəblərin adları açıqlanıb - SİYAHI

Təhsildə Keyfiyyət Təminatı Agentliyi 2021-ci ilin I rübü ərzində tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb.

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, qeyd edilən dövr ərzində 678 müraciətdən 493-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 185 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tanınma üzrə müraciətlərin icrası yanvar ayı üzrə 21, fevral ayı üzrə 14, mart ayı üzrə isə 20 gün ərzində tamamlanıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 103, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 72 və digər səbəblərə görə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

İxtisas seçimlərində iqtisadiyyat üzrə 112, hüquqşünaslıq üzrə 91, maliyyə üzrə 82, tibb üzrə 75, biznesin idarə edilməsi üzrə 49, mühəndislik üzrə 48, menecment üzrə 41, beynəlxalq münasibətlər üzrə 32, turizm üzrə 14, kompüter elmləri üzrə 13 və digər ixtisaslar üzrə 121 nəfər müraciət qeydə alınıb.

Əlavə olaraq, vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) "Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə olunur.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi 2021-ci ilin I rübü ərzində diplomlarının tanınmasından imtina verilən xarici ali təhsil müəssisələrinin siyahısını da açıqlayıb. Belə ki, diplomların tanınması ilə bağlı ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 197, Türkiyədən 170, Rusiyadan 167, Gürcüstandan 50, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 11, digər ölkələrdən isə 83 müraciətin olduğu müşahidə olunur.

Ümumilikdə rüb ərzində verilən mənfi qərarların 29 faizi aşağıda qeyd edilən 10 ali təhsil müəssisəsini əhatə edir:

1. Tbilisi Humanitar Tədris Universiteti (12)

2. H. P. Konaşeviç-Saqaydaçnıy adına Kiyev Su Nəqliyyatı İnstitutu (6)

3. Simov Kuznets adına Xarkov Milli İqtisad Universiteti (6)

4. Odessa Dövlət Ekologiya Universiteti (5)

5. Tbilisi Açıq Tədris Universiteti (5)

6. Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti (5)

7. “Sinergiya” Moskva Maliyyə-Sənaye Universiteti (4)

8. Poltava İqtisadiyyat və Ticarət Universiteti (4)

9. Voljsk Dövlət Su Nəqliyyatı Universiteti (4)

10. Avropa Universiteti (Gürcüstan) (4)

Paylaş:
278

Son xəbərlər

Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00Qubada paraşütçü ölübBu gün, 09:36AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:08Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06
Bütün xəbərlər