“Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsi nəşr edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsi nəşr edilib

Qafar Ağayev12:56 - 13 / 04 / 2021
“Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsi nəşr edilib

“Xüsusi qabiliyyət imtahanları” jurnalının 2021-ci il üçün 1-ci nömrəsi nəşr edilib.

Bu barədə 1news.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, jurnalda ali təhsil müəssisələrinin bakalavr və magistratura səviyyələri üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyent və bakalavrlar üçün qəbul proqramları dərc olunub. Bundan əlavə, təsviri sənət, musiqi sənəti, memarlıq, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman, jurnalistika istiqamətləri üzrə qabiliyyət imtahanları, o cümlədən islamşünaslıq ixtisasına qəbul üçün keçirilən müsahibə haqqında geniş məlumat verilib.

“Abituriyent” jurnalının bu xüsusi buraxılışında, həmçinin:

- müsabiqə şərtləri (minimum bal, minimal şərtlər);

- qabiliyyət imtahanı komissiyaları üzrə imtahanların siyahısı;

- qiymətləndirmə meyarları (yekun qiymətin hesablanma qaydası);

- imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər;

- tapşırıq nümunələri;

- bədən tərbiyəsi və idman istiqaməti üzrə normativlər;

- abituriyentləri ən çox maraqlandıran suallara cavablar;

- XQTİ-lər üzrə kadr hazırlığı aparan təhsil müəssisələri haqqında məlumatlar;

- magistratura səviyyəsi üzrə qəbul proqramları;

- magistratura səviyyəsinə qəbul üçün müsabiqə şərtləri;

- magistratura səviyyəsi üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar haqqında ətraflı məlumatla tanış olmaq mümkündür.

Jurnalı Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu Ə.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Paylaş:
1156

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər