Bakı metrosunda dəmir-beton blokların daha geniş tətbiqi davam etdirilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metrosunda dəmir-beton blokların daha geniş tətbiqi davam etdirilir - FOTO

Qafar Ağayev13:06 - 14 / 04 / 2021
Bakı metrosunda dəmir-beton blokların daha geniş tətbiqi davam etdirilir - FOTO

Pandemiya səbəbindən sərnişindaşımada yaranmış fasilə dövründə Bakı Metropolitenində daha bir mühüm yenilik həyata keçirilir. Metropoliten tarixində ilk dəfə istismarda olan stansiyanın hər iki yolu yeni tipli infrastruktur üzərində qurulur.

“Bakı Metropoliteni” QSC-dən 1news.az-a bildirilib ki, birinci dəfə “Nərimanov” elektrik deposunda qatarların sınaq yolunda, “Xətai” və “Cəfər Cabbarlı” stansiyalarının ancaq bir yolunda tətbiq edilmiş dəmir-beton blokların daha geniş miqyasda tətbiqi davam etdirilir. Metropolitenin yeni “Bənövşəyi xətt”ində də bu ənənə geniş tətbiq olunacaq. Hazırda “Memar Əcəmi-8 Noyabr”, “Xocəsən deposu-Avtovağzal” mənzilləri, həmçinin “8 Noyabr” stansiyası və dalan yollarında yeni tipli üstquruluş elementləri tətbiq edilir.

Sərnişindaşıma fəaliyyətinin dayandırıldığı müddətdə “Elmlər Akademiyası” stansiyasında aparılan təmir-bərpa, yenidənqurma işlərinin tərkib hissəsi kimi həyata keçirilən daha bir layihəyə uyğun olaraq, stansiyanın hər iki yolu üzrə gödək ağac şpalların dəmir-beton bloklarla əvəzlənməsinə başlanılıb.

Layihənin ən optimal qısa müddətdə həyata keçirilməsi üçün tədbirlər planında iş ardıcıllığı, aidiyyəti sahələrin fəaliyyətinin və maşın-mexanizmlərin cəlb edilməsinin sinxronluğu müəyyən edilib. Tədbirlərin səmərəli və operativ yerinə yetirilməsi məqsədilə ikinövbəli iş rejimi tətbiq edilib. Birinci mərhələdə stansiya yollarının təmas xətti sökülüb. Relslərin, yol yatağının sökülməsi ilə bağlı planlı işlərə başlanılıb. İkinci mərhələdə yeni yol yatağının konstruksiyası qurulmaqla betonlama işləri aparılacaq və yeni tipli üstquruluş elementləri texnoloji tələblərə uyğun qurulacaq.

Ağac şpalların dəmir-beton bloklarla əvəzlənməsi metropoliten üçün ən mühüm yeniliklərdən biridir. İlk növbədə, bu, yalnız ölkə xaricindən gətirilən ağac şpallara sərf olunan maliyyə vəsaitinə qənaət etməyə, onların nəql edilməsinin və gömrük xərclərinin qarşısını almağa kömək edir. İkincisi, dəmir-beton bloklar metropolitenin öz istehsalat sahəsində ən yüksək keyfiyyətlə hazırlanır. Bu məqsədlə Almaniyanın “Vollert” müəssisəsinin texnologiyalarından istifadə olunur. Sırf yeni kadr potensialının, elmi-praktiki bazanın yaradılması ilə yanaşı, bu, həm də sırf Azərbaycan məhsulu olmaqla ölkə xaricindən asılılığı azaldır. Üçüncü vacib üstünlüyü dəmir-beton blokların ağac analoqlarından daha uzunömürlü və keyfiyyətli olmasıdır. Ağac şpalların ömrü ən yaxşı halda, 35-40 il, Bakı metrosunun geoloji şəraitində daha az olduğu halda, dəmir-beton bloklar 50-80 il istismar oluna bilir. Dördüncü mühüm məsələ, yeni tipli yolun üstquruluş elementlərinə qulluğun, texnoloji proseslərin sadə və asan olmasıdır. Bu tipli yollar vibrasiyanı əsaslı şəkildə azaltmaqla, qatarların hərəkət rəvanlığını təmin edir. Bu kimi texniki üstünlüklər kifayət qədər çox sadalana bilər.

Hazırda bu texnologiyaların Bakı metropolitenində hərəkətin təşkili müddətində tətbiq edilməsi öyrənilir. Tətbiqi uzun müddət tələb edən texnoloji proses olan bu yeniləşmənin sərnişindaşıma prosesi zamanı qatarların hərəkət təhlükəsizliyinə xələl gətirmədən təşkili ilə bağlı araşdırmalar da davam etdirilir.

Mərhələli təmir-yenidənqurma işləri çərçivəsində 1985-ci ildə istifadəyə verilmiş stansiyanın üzərində yerləşən inzibati binanın fasad örtüyünün bərpa işləri aparılır. Təmirə cəlb edilən sahələrin yaxınlığı ilə hərəkət edən piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə çəpərləmə işi aparılıb. Hazırda pandemiya dövrünün tələblərinə ciddi əməl olunmaqla təşkil edilmiş bərpa işlərinin böyük hissəsi arxada qalıb.

Paylaş:
650

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər