Görmə məhdudiyyətli şəxslərin kitabxanası - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Görmə məhdudiyyətli şəxslərin kitabxanası - VİDEO

17:30 - 14 / 04 / 2021
Görmə məhdudiyyətli şəxslərin kitabxanası - VİDEO

Bu gün ölkəmizdə fiziki məhdudiyyətli əhali qrupunun bir hissəsini görmə məhdudiyyəti olanlar təşkil edir. Heç bir məhdudiyyət bizi oxumaqdan kənar qoya bilməz deyən bu insanların sayları kifayət qədər olsa da respublikada onların mütaliə edə biləcəyi yeganə kitabxana var.

1news.az xezerxeber-ə istinadən xəbər verir ki, burda Azərbaycan, rus və türk dillərində dünya və uşaq ədədbiyyatına aid 35 mindən çox kitab var. Həm brayl əlifbası, həm də audio formatda yazılan kitablar xüsusi şəraitdə qorunub saxlanılır.

Dünyanı qəlbi ilə görənlər...

Onlar özlərini belə adlandırırlar. Bu gün ölkəmizdə 50 minədək görmə məhdudiyyətli insan var. Onlar bu məhdudiyyətlərinə baxmayaraq öz mütaliələrindən də qalmırlar. Respublikada görmə məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan yeganə kitabxana Bakıda Nərimanov rayonu, 2-ci Sülh döngəsi 2 ünvanında yerləşən bu kitabxanadır. burada 19 işçidən 13-ü görmə məhdudiyyətlidir. Oxucuları isə 5 yaşdan 90 yaşadəkdir.

Görmə məhdudiyyətli insanlar üçün brayl əlifbası ilə çap olunan kitablar da var. Hətta Qurani Kərimin də brayl əlifbası ilə Azərbaycan dilinə mənaca tərcüməsi nəşr olunub.

Kitabxanada kitabı sadəcə oxumaq yox, eyni zamanda dinləmək də mümkündür.

Daha sonra bu səslər montaj olunaraq flashcard-a, diskə yazılır ki, görmə məhdudiyyəti olan şəxslər kiminsə köməyi olmadan mütaliə edə bilsinlər. Azərbaycanın Xalq artisti Eldost Bayramov, diktor Zərifə Ağahüseynqızı və digərləri bu kitabları səsləndiriblər.

Bu kitablardan sadəcə görmə məhdudiyyətli insanlar yox digər uşaqlar da istifadə edirlər. Xüsusilə nağıllara audio kitablar vasitəsilə qulaq asırlar.

Nazlı xanım qeyd edir ki, əvvəllər müraciətlər çox olsa da indi pandemiya ilə əlaqədar bura gələnlərin sayı azalıb. Amma kitabxana pandemiya dövründə də oxucuları üçün müəyyən şərait yaradır.

Nigar xanım qeyd edib ki, kitabxananın əsas kontingenti Gözdən Əlillər Məktəbinin şagirdləridir. Onlar da tez-tez bura üz tutur, tədbirlərə qatılır, müxtəlif proqramlarla çıxış edirlər.

1news.az

Paylaş:
475

Son xəbərlər

Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00Qubada paraşütçü ölübBu gün, 09:36AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:08Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06
Bütün xəbərlər