Buraxılış imtahanlarının nəticələri bu tarixdə məlum olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Buraxılış imtahanlarının nəticələri bu tarixdə məlum olacaq

15:39 - 15 / 04 / 2021
Buraxılış imtahanlarının nəticələri bu tarixdə məlum olacaq

Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 15-də keçirilən tam (11 illik) buraxılış imtahanlarının nəticələrinin elan olunacağı vaxt bilinib.

DİM-dən 1news.az-a verilən məlumata görə, aprelin 16-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Paylaş:
350

Son xəbərlər

Bütün xəbərlər