İtaliya nümayəndə heyəti Ağdamda səfərdə olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İtaliya nümayəndə heyəti Ağdamda səfərdə olub - FOTO

Qafar Ağayev10:17 - 16 / 04 / 2021
İtaliya nümayəndə heyəti Ağdamda səfərdə olub - FOTO

Azərbaycanda səfərdə olan İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçellinin başçılıq etdiyi nümayəndə heyəti aprelin 15-də işğaldan azad olunmuş Ağdam şəhərində olub.

Milli Məclisdən 1news.az-a verilən məlumatına görə, İtaliya parlamentinin üzvləri burada Ermənistanın işğal zamanı Azərbaycan ərazisində törətdiyi vandalizmi öz gözləri ilə görüblər. Səfər zamanı İtaliyalı qonaqlar Ağdam Cümə məscidi və Ağdam Dövlət Dram Teatrının qalıqları ilə tanış olublar.

Qonaqlar ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə ətraflı məlumatlandırılıb. Onlara məlumat verilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, uçurub və yandırıblar. Erməni vandalları hətta Şəhidlər xiyabanlarını, qəbiristanlıqları da dağıdıblar.

Ağdam səfəri zamanı İtaliya nümayəndə heyətini Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli və digər rəsmi şəxslər müşayiət ediblər.

Paylaş:
512

Son xəbərlər

FHN-də COP29-la əlaqədar növbəti müşavirə keçirilib05 / 11 / 2024, 17:46“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin “Zəfər” kitabı çapdan çıxıb05 / 11 / 2024, 17:4234 qapı və 16 kondisioner oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb05 / 11 / 2024, 17:20Bakı küçələrini təmizləmək yeni tozsoran texnika alınıb - FOTO05 / 11 / 2024, 17:01Taksi sürücüləri üçün imtahanda üç nəfər başqasının yerinə iştiraka cəhd edib05 / 11 / 2024, 16:53“Nar”ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib - FOTO05 / 11 / 2024, 16:49Zakir Həsənov Slovakiyada döyüş texnikaları ilə tanış olub05 / 11 / 2024, 16:37İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib - YENİLƏNİB05 / 11 / 2024, 16:12Bəzi uşaq evlərində monitorinq keçirilib, 41 nəfər cəzalandırılıb, 7 əməkdaş işdən çıxarılıb05 / 11 / 2024, 16:06“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir05 / 11 / 2024, 15:59Əli Əsədov Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları ilə görüşlər keçirib05 / 11 / 2024, 15:35Bakıda küləyin sürəti 20 m/s-yə çatır - FAKTİKİ HAVA05 / 11 / 2024, 15:10Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafiki dəyişir05 / 11 / 2024, 14:50Küçə və yol kənarlarında qida məhsullarının qanunsuz satışı ilə mübarizə tədbirləri genişləndirilib - FOTO05 / 11 / 2024, 14:43Daxili Qoşunlarda əsgərlərin andiçmə mərasimi keçirilib05 / 11 / 2024, 14:30COP29 çərçivəsində keçiriləcək tədbirlərin proqramı açıqlanıb05 / 11 / 2024, 14:29Ziya Bünyadov prospektində baş verən qəza zamanı yol təsərrüfatına ziyan dəyib05 / 11 / 2024, 13:26Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA05 / 11 / 2024, 13:15AMB-də COP29 zamanı maliyyə sektorunda planlaşdırılan fəaliyyətlər müzakirə olunub05 / 11 / 2024, 13:08Xızıda polis külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlayıb05 / 11 / 2024, 13:06
Bütün xəbərlər