Ramazan ayının dördüncü gününün duası, imsak və iftar vaxtı – TƏQVİM | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramazan ayının dördüncü gününün duası, imsak və iftar vaxtı – TƏQVİM

S.Xankişiyeva12:22 - 16 / 04 / 2021
Ramazan ayının dördüncü gününün duası, imsak və iftar vaxtı – TƏQVİM

Aprelin 17-si Ramazan ayının 4-cü günüdür.

1news.az-ın verdiyi xəbərə görə, QMİ-nin açıqladığı Ramazan təqviminə əsasən, sabah üçün imsak vaxtı saat 04:24, iftar vaxtı isə 19:36-ya təyin olunub.

4-cü günün duası:

“Alahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və əvzi-ni fihi li-ədai şükrik. Bikərəmikə vəhfəzni fihi bihifzikə və sətrik, ya əbsərən-nazirin”

Tərcüməsi:

“İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükr etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlisi!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah tutduğunuz orucu, etdiyinin duaları qəbul etsin!

Paylaş:
434

Son xəbərlər

Bütün xəbərlər