Bakıda 11 marşrut xətti üzrə avtobusların hərəkəti gecikir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 11 marşrut xətti üzrə avtobusların hərəkəti gecikir

09:27 - 19 / 04 / 2021
Bakıda 11 marşrut xətti üzrə avtobusların hərəkəti gecikir

28 May-K.Səfərəliyeva küçələrinin kəsişməsində yeraltı qaz xəttində təmir işləri aparılır.

Bakı Nəqliyyat Agentliyindən verilən xəbərə görə, bu səbəbdən hazırda Yusif Səfərov küçəsi ilə kəsişmədən qazıntı işləri aparılan hissəyədək nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Sıxlıqla əlaqədar bu hissədən keçən müntəzəm və ekspres olmaqla ümumilikdə 11 marşrut xətti üzrə avtobusların hərəkət intervalında gecikmələr var.

1news.az

Paylaş:
353

Son xəbərlər

Bütün xəbərlər