Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb - FOTO

Qafar Ağayev09:32 - 19 / 04 / 2021
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb - FOTO

Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şəki şəhər sakini Pərviz Salamov, Mingəçevir şəhər sakini Feruz Paşayev və Göyçay rayon sakini Emil Eyubov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan 1news.az-a verilən məlumata görə, saxlanılan şəxslərin üzərlərinə şəxsi axtarış keçirilən zaman Pərviz Salamovdan çəkisi 17.481 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Feruz Paşayevin idarə etdiyi “KİO-RİO” markalı avtomobilə baxış keçirilən zaman oradan 1 kq 85 qram narkotik vasitə olan heroin və 5 kq 600 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. İlkin dindirilmə zamanı P.Salamov narkotik vasitəni, hələlik kimliyi istintaqa məlum olmayan İran vətəndaşından sifariş etdiyi və Gəncə şəhər ərazisindən götürdüyünü bildirib.

Şöbə əməkdaşlarının keçirdikləri daha bir uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə hesab olunan tiryək qanunsuz dövriyyədən çıxarılıb. Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, müştəri qismində “Opel” markalı taksiyə əyləşərək Bakı şəhər istiqamətində hərəkətdə olan, Abşeron rayon sakini Rais İbrahimov Hacıqabul rayonu ərazisində saxlanılıb. Onun əlindəki sellofan torbaya baxış keçirilən zaman 5 ədəd politelen bükümlərdə ümumi çəkisi 4 kq 175 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Hər iki fakt üzrə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
481

Son xəbərlər

FHN-də COP29-la əlaqədar növbəti müşavirə keçirilib05 / 11 / 2024, 17:46“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin “Zəfər” kitabı çapdan çıxıb05 / 11 / 2024, 17:4234 qapı və 16 kondisioner oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb05 / 11 / 2024, 17:20Bakı küçələrini təmizləmək yeni tozsoran texnika alınıb - FOTO05 / 11 / 2024, 17:01Taksi sürücüləri üçün imtahanda üç nəfər başqasının yerinə iştiraka cəhd edib05 / 11 / 2024, 16:53“Nar”ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib - FOTO05 / 11 / 2024, 16:49Zakir Həsənov Slovakiyada döyüş texnikaları ilə tanış olub05 / 11 / 2024, 16:37İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib - YENİLƏNİB05 / 11 / 2024, 16:12Bəzi uşaq evlərində monitorinq keçirilib, 41 nəfər cəzalandırılıb, 7 əməkdaş işdən çıxarılıb05 / 11 / 2024, 16:06“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir05 / 11 / 2024, 15:59Əli Əsədov Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları ilə görüşlər keçirib05 / 11 / 2024, 15:35Bakıda küləyin sürəti 20 m/s-yə çatır - FAKTİKİ HAVA05 / 11 / 2024, 15:10Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafiki dəyişir05 / 11 / 2024, 14:50Küçə və yol kənarlarında qida məhsullarının qanunsuz satışı ilə mübarizə tədbirləri genişləndirilib - FOTO05 / 11 / 2024, 14:43Daxili Qoşunlarda əsgərlərin andiçmə mərasimi keçirilib05 / 11 / 2024, 14:30COP29 çərçivəsində keçiriləcək tədbirlərin proqramı açıqlanıb05 / 11 / 2024, 14:29Ziya Bünyadov prospektində baş verən qəza zamanı yol təsərrüfatına ziyan dəyib05 / 11 / 2024, 13:26Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA05 / 11 / 2024, 13:15AMB-də COP29 zamanı maliyyə sektorunda planlaşdırılan fəaliyyətlər müzakirə olunub05 / 11 / 2024, 13:08Xızıda polis külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlayıb05 / 11 / 2024, 13:06
Bütün xəbərlər