Parklardakı “Wi-Fi” şəbəkələri niyə işləmir? - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Parklardakı “Wi-Fi” şəbəkələri niyə işləmir? - VİDEO

17:35 - 20 / 04 / 2021
Parklardakı “Wi-Fi” şəbəkələri niyə işləmir? - VİDEO

Parklarda "Wi-Fi" şəbəkələri var, ancaq internet yoxdur. Halbuki layihəyə görə, vətəndaşlar bu ərazilərdə internetdən pulsuz istifadə etməlidirlər.

1news.az xezerxeber.az-a istinadən bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən bir neçə il əvvəl vətəndaşların pulsuz internetlə təminatını nəzərdə tutan "İctimai İnternet" şəbəkəsi istifadəyə verilib. Bu layihə əsasında paytaxtın əksər parklarında insanlar internetdən pulsuz istifadə etməlidirlər. Ancaq "Səməd Vurğun", "Hüseyn Cavid" parkları və "Qış parkı"nda apardığımız çəkilişlər vəziyyətin heç də belə olmadığını üzə çıxardı.

"Hüseyn Cavid" parkında da vay-fay aparatı quraşdırlıb və şəbəkə açıqdır. Ancaq vətəndaşlar şəbəkəyə qoşulsalar da, internetin sürəti aşağı olduğundan xidmətdən istifadə edə bilmirlər.

Park ərazisində internetin sürətini ölçmək üçün istifadə olunan proqramdan yararlanmaq istəsək də, internetdə problem olduğundan proqrama daxil olmaq mümkün olmadı.

Eyni problem ''Qış parkı''nda da yaşanır. Burada da pulsuz ''Wi-Fi'' löhvələri vurulmasına baxmayaraq, vətəndaşlar internetdən istifadə edə bilmirlər.

Məsələ ilə "Bakı Telefon Rabitəsi'' MMC-nin İctimaiyyətlə əlaqlər üzrə sektor müdiri Nuranə Əliyeva ''Xəzər Xəbərə'' bildirdi ki, yay mövsümünün gəlişi ilə əlaqədar pulsuz internetdən istifadə edənlərin sayında artım gözlənilir. Buna görə də bəzi parklarda internetin verilməsində problem yaşana bilər. Ancaq tezliklə bu problemlər aradan qaldırılacaq.

Nuranə Əliyeva onu da qeyd etdi ki, bəzi hallarda mobil cihazların "Wi-Fi" interfeysində statik IP ünvan olduğu üçün halda, pulsuz vay-fay şəbəkəsinə qoşulma baş vermir. Qoşulma zamanı dinamik IP ünvanının olması şərtdir. Pulsuz vay-fay istifadəçiləri bu qaydanı nəzərə alsalar, şəbəkəyə qoşulmada çətinlik yaşanmayacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

1news.az

Paylaş:
305

Son xəbərlər

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57
Bütün xəbərlər