NovAge-dən yeni nəsil dəriyə qulluq - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

NovAge-dən yeni nəsil dəriyə qulluq - FOTO - VİDEO

10:25 - 27 / 04 / 2021
NovAge-dən yeni nəsil dəriyə qulluq - FOTO - VİDEO

Oriflame bütün yaş və dəri növləri üçün yeni NovAge Proceuticals xəttini təqdim edir.

Hamar dəri və qüsursuz dəri rəngi əlçatmaz görünürsə, NovAge Proсeuticals formullarındakı aktiv maddələrin gücünü kəşf et. Sanki peşəkar dermatoloq kimi ProCeuticals intensiv təsir vasitələri konkret problemlərin həllinə və görünən nəticələrin əldə edilməsinə yönəldilmişdir. Yeni xətt dermatoloji və istehlakçı testlərindən keçib, evdə istifadə üçün təhlükəsizdir və onu daimi dəriyə qulluq vasitələrinə daxil etmək asandır.

Yeni NovAge Proceuticals xətti hiperpiqmentasiya və qeyri-bərabər tonun digər təzahürləri, solğun rəng və ton itkisi, qeyri-bərabər tekstur və görünən məsamələr, mimik və dərin qırışlar, tutqun dəri rəngi və qoruyucu baryerin zəifləməsi kimi ən çox yayılan və aktual dəri problemləri üçün beş vasitəni əhatə edir.

10% Vitamin C zərdabı 4 həftədən sonra piqment ləkələrini vizual azaldır (85% təsdiqləyir*) və dərini daha parlaq edir (97% təsdiqləyir*). Təmiz vitamin C (askorbin turşusu) dərinin tonunu daha da bərabər etmək üçün həddindən artıq melanin istehsalını boğur. Ayrıca antioksidan xüsusiyyətlərə malikdir və sərbəst radikallardan və ultrabənövşəyi radiasiyadan qorunma təmin edir. Su əsaslı gel, vitamin C-ni dəriyə çatdırmaq üçün bir vasitədir. Tərkibində nəmləndirici maddələrin qarışığı (9%) və qoruyucu funksiyanı yaxşılaşdıran və narahatlığın qarşısını alan D-pantenol (2%) var.

Zərdabı gündə 1 dəfə axşam üzünüzü təmizlədikdən sonra istifadə etmək məsləhətdir. 1 Paketin tərkibi 4 həftəlik kurs üçün nəzərdə tutulmuşdur: 4 flakon х 7 ml.

Retinol ilə yaşlanma əleyhinə zərdab-konsentrat dərinin yenilənməsini stimullaşdırır: o, daha sağlam görünür. 2 Həftə istifadədən sonra dəri yumuşalır (84% təsdiqləyir*), dərin qırışlar isə azalır (91% təsdiqləyir*). Retinol (1,1%) qırışlarla mübarizə və tekstur hamarlaması daxil olmaqla müxtəlif dəriyə qulluq məsələlərini həll edə bilər. Kollagen sintezini stimullaşdırır, bununla da mimik və dərin qırışları düzəldir. Zərdabdakı retinol kapsula salınıb, maksimum effektivlik və fayda təmin etmək üçün qoruyucu polimer təbəqəsinin içinə daxil olur. Retinol ilə yaşlanma əleyhinə qulluq: hamar, qırışmayan dəri üçün gənclik konsentratıdır!

Zərdabı hər gün axşam üzünüzü təmizlədikdən sonra istifadə etmək məsləhətdir və dərinin reaksiyasını qiymətləndirmək üçün həftədə 2-3 dəfə başlamaq daha yaxşıdır. Daha yaxşı nəticə üçün kurs şəkilində 4-8 həftə ərzində istifadə et.

Peptidlərlə dərinin elastikliyini artırmaq üçün zərdab-konsentrat dərini gücləndirir və dartır və 7 gündən sonra dəri daha tarım görünür (89% təsdiqləyir*), qırışlar isə düzəlir (86% təsdiqləyir*). Bitki mənşəli peptidlər (0,5%) – Nicotiana Sylvestris (meşə tütünü) bitkisindən əldə edilən aktiv maddələrdir. Solğun rəng və qırışlar kimi yaşlanma əlamətləri ilə mübarizə aparır, eyni zamanda kollagen istehsalını dəstəkləyərək gücləndirir. Tensor Mesh Active kompleksi dərhal liftinq təsir üçün dəri səthində təbəqə meydana gətirən yulafdan alınan maddələr - tensorları ehtiva edir. Kompleks dərini gücləndirir və liftinq edir, qırışları azaldır - kliniki cəhətdən sübut edilmişdir. Möhkəmlik və elastiklik kursu!

Gündə 2 dəfə üzünüzü təmizlədikdən sonra istifadə etmək lazımdır: ampulun yarısı səhər, yarısı axşam. 1 Paketin tərkibi 7 günlük kurs üçün nəzərdə tutulmuşdur: 7 ampul х 1,8 ml.

6% AHA-turşuları ilə dərini cavanlaşdıran zərdab-pilinq təravətli və parlaq dəri üçün dərinin üst təbəqəsini cilalayır. İstifadədən 7 həftə sonra dəri teksturunu yaxşılaşdırır (88% təsdiqləyir*), məsamələr isə daha az nəzərəçarpır (88% təsdiqləyir*). Alfa hidroksi turşuları (6%): qlikolik turşusu (3%) və süd turşusu(3%) dərinin təbii yenilənməsini stimullaşdıran təbii maddələrdir. Fotoqocalma əlamətləri və qeyri-bərabər dəri tonu da daxil olmaqla müxtəlif problemlərə uyğundur. AHA-turşuları yeni hüceyrələrin istehsalına başlayaraq ölü hüceyrələri çıxarır. Bu proses dərinin parlaqlığını bərpa edir və qırışları, genişlənmiş məsamələri, piqmentasiyanı və digər qüsurları vizual azaldır. Turşunun cilalayıcı gücü hüceyrə səviyyəsində yenilənmədir.

Həftədə 1-2 dəfə axşam təmizləndikdən sonra istifadə etmək və yumamaq məsləhətdir. Daha yaxşı nəticə üçün kurs şəkilində 4-6 həftə ərzində istifadə et.


Niasinamid və Centella Ekstraktı ilə bioselüloz yeniləyici üz maskası dərinin sağlam, qidalanmış və canlandırılmış görünməsinə kömək edir. Dərhal sakitləşdirir, soyudur və yumşaldır (89% təsdiqləyir*), həm də nəm çatışmazlığını kompensasiya edir (85% təsdiqləyir*). Niasinamid (2%) kornea təbəqəsinin qalınlığını artıran və nəmləndirən suda həll olan B3 vitaminidir. Həm də dəriyə sağlam parıltı verir və dermisdə kollagen sintezini stimullaşdırır. Centella asiatica yara sağaldan və möhkəmləndirici xüsusiyyətlərə malikdir, həmçinin iltihab və yara izlərini azaldır. Maska, digər bitki əsaslarına nisbətən zərdabı ötürmək və nəm saxlamaq qabiliyyətinə daha yaxşı sahib olan bioselüloza əsaslanır. Dərin təzə görünür!

Lazım olan istənilən vaxtda üzünüzü təmizlədikdən sonra istifadə etmək olar.

NovAge Proceuticals – spesifik dəri problemləri üçün mütəxəssis həlləridir!

Xəttin buraxılış tarixi: 28.03.2021

* istehlakçı sınaqlarının nəticələrinə əsasən

Reklam hüququnda

Paylaş:
2226

Son xəbərlər

Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00
Bütün xəbərlər