Çernobıl qəzasından 35 il keçir | 1news.az | Xəbərlər
Cəmiyyət

Çernobıl qəzasından 35 il keçir

12:31 - 26 / 04 / 2021
Çernobıl qəzasından 35 il keçir

Bu gün Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş vermiş qəzadan 35 il keçir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, 1986-cı il aprelin 26-da yerli vaxtla saat 01:23-də Çernobıl AES-in dördüncü enerji blokunda güclü kimyəvi partlayış baş verib, nəticədə reaktor blokunun və maşın zalının bir hissəsi dağılıb.

Partlayış nəticəsində baş vermiş yanğın AES-in üçüncü enerji blokunun dam örtüyünü də əhatə edib. Hadisədən demək olar ki, dərhal sonra yanğınsöndürənlər qəza yerinə gəliblər. Səhər saat beşə qədər yağın söndürülüb, lakin dördüncü blokun orta hissəsində yanğını yalnız mayın 10-da ram etmək mümkün olub. O vaxta qədər qrafitin çox hissəsi yanıb.

Partlayışdan və yanğından sonra yaranmış radioaktiv bulud müasir Ukrayna, Belarus və Rusiya ilə yanaşı bir sıra Avropa ölkələrinin – İsveç, Avstriya, Norveç, Almaniya, Finlandiya, Yunanıstan, Rumıniya, Sloveniya, Litva və Latviyanın ərazilərini də bürüyüb. Nüvə hadisələrinin beynəlxalq şkalası (INES) üzrə bu qəzaya ən yüksək – yeddinci təhlükə dərəcəsi mənimsədilib.

Moskva və Ukrayna SSR-in rəhbərliyi qəza faktını və ekoloji fəlakətin nəticələrini gizlədirdi. Radiasiya səviyyəsinin artması barədə birinci olaraq İsveç məlumat verib. SSRİ-də bu barədə ilk rəsmi məlumat yalnız aprelin 28-də elan edilib.

Qəzadan sonrakı ilk günlərdə radiusu 10 kilometr olan zonada yaşayan əhali təxliyə edilib, sonradan təxliyə zonasının radiusu 30 kilometrədək artırılıb. Ümumiyyətlə, Ukraynada 2293 yaşayış məntəqəsi radioaktiv zəhərlənməyə məruz qalıb. Ötən əsrin 80-ci illərinin sonunda həmin yaşayış məntəqələrində 2,6 milyondan çox insan yaşayırdı. Kənd təsərrüfatı təyinatlı 5 milyon hektardan artıq torpaq sahəsi bu qəza nəticəsində yararsız vəziyyətə düşüb.

Növbəti 15 il ərzində radioaktiv şüalanma 60-80 insanın ölümünə səbəb olub. 134 nəfər şüa xəstəliyinə tutulub. Tibbi tədqiqatların məlumatına görə, Çernobıl qəzasından sonra Avropa əhalisi arasında onkoloji xəstəliklərin sayı kəskin şəkildə artıb.

Bu qəzanın qurbanlarının dəqiq sayı hələ də məlum deyil. Ümumdünya Səhiyyə Təşkilatının 2005-ci ildə dərc edilmiş məlumatında göstərilir ki, Çernobıl faciəsi nəticəsində ölənlərin sayı 4 minə qədər ola bilər.

1news.az

Paylaş:
345

Son xəbərlər

Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00
Bütün xəbərlər