9 nəfərə təkrar əlillik təyin olunmasından imtina qərarı verilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

9 nəfərə təkrar əlillik təyin olunmasından imtina qərarı verilib - FOTO

Qafar Ağayev15:21 - 03 / 05 / 2021
9 nəfərə təkrar əlillik təyin olunmasından imtina qərarı verilib - FOTO

Əyani müayinəsi aparılmış 18 nəfərdən 9 nəfərin (50%) xəstəlik diaqnozlarının və sağlamlıq vəziyyətlərinin əlillik təyinatına əsas vermədiyi müəyyən olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 1news.az-a verilən məlumata görə, hərbi səbəblərlə əlaqədar müddətli əlillik təyin edilmiş şəxslərin əyani müayinələri davam edir

Əvvəlki dövrlərdə hərbi səbəblərlə əlaqədar təyin edilmiş müddətli əlilliklərinin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş, eləcə də əlillik sənədlərindəki diaqnozlarda ziddiyyətlər aşkar edilən 18 şəxs də əyani müayinə əsasında qiymətləndirməyə cəlb olunub.

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Müdafiə Nazirliyinin və digər müvafiq qurumların hərbi həkim ekspert komissiyaları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nümayəndələrindən ibarət komissiya həmin şəxslərin əlillik sənədləri ilə bərabər, mövcud sağlamlıq vəziyyətlərinin də əlillik təyinatına uyğun olub-olmadığını araşdırıb.
Əyani müayinəsi aparılmış 18 nəfərdən 9 nəfərin (50%) xəstəlik diaqnozlarının və sağlamlıq vəziyyətlərinin əlillik təyinatına əsas vermədiyi müəyyən olunub.
Bu səbəbdən onlara təkrar əlillik təyin olunmasından imtina qərarı verilib.

Əyani müayinələrdə qeyri-hökumət təşkilatları nümayəndələrinin də iştirakı təmin edilir. Bu dəfəki müayinədə Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev iştirak edib. Aparılan işlərin əsas məqsədi bu istiqamətdə də əlillik təyinatlarının tam şəffaflaşdırılması, saxta əlillik təyinatlarının ləğv edilməsidir.

Paylaş:
506

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər