Paşinyan baş nazir seçilmədi | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan baş nazir seçilmədi

15:50 - 03 / 05 / 2021
Paşinyan baş nazir seçilmədi

Ermənistan parlamentinin bu gün keçirilən xüsusi iclasında deputatlar Nikol Paşinyanı baş nazir seçməyib.

1news.az Trend-ə istinadən xəbər verir ki, 75 deputat səsvermədə iştirak etməyib, 3 deputat N.Paşinyanın əleyhinə, 1 deputat lehinə səs verib.

Qanunvericiliyə əsasən, iki həftə ərzində növbəti səsvermə keçirilməlidir. N.Paşinyanın növbəti dəfə seçilməyəcəyi təqdirdə parlament buraxılacaq və yeni seçkilər təyin olunacaq.

Qeyd edək ki, N.Paşinyanın aprelin sonunda baş nazir vəzifəsindən istefa verdiyini açıqlamışdı.

Parlament seçkilərinin ilkin tarixi iyunun 20-nə təyin olunub.

1news.az

Paylaş:
790

Son xəbərlər

Bütün xəbərlər