Səfir: “Vətən müharibəsindəki qələbə ilə Türkiyə-Azərbaycan qardaşlığı yeni mərhələyə qədəm qoyub” | 1news.az | Xəbərlər
Siyasət

Səfir: “Vətən müharibəsindəki qələbə ilə Türkiyə-Azərbaycan qardaşlığı yeni mərhələyə qədəm qoyub”

Qafar Ağayev17:51 - 03 / 05 / 2021
Səfir: “Vətən müharibəsindəki qələbə ilə Türkiyə-Azərbaycan qardaşlığı yeni mərhələyə qədəm qoyub”

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın azad etdiyi hər kənddə dalğalanan, istiqlalın və istiqbalın rəmzi olan üçrəngli bayraq, minarələrdən oxunan azanlar Türkiyədə də göz yaşları içində qarşılanır, sevinc və coşquya çevrilirdi. Türkiyə Qarabağın erməni işğalından azad olunmasında qardaşlığını nümayiş etdirdi. Haqlı işində qardaş Azərbaycanın yanında dayanaraq ona hər cür dəstək verdi. Türkiyə bundan sonra da heç bir tərəddüd etmədən Azərbaycanın yanında olacaq və onu dəstəkləyəcək.

1news.az xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı deyib.

Səfir bildirib ki, Vətən müharibəsindəki qələbə ilə Türkiyə-Azərbaycan qardaşlığı yeni mərhələyə qədəm qoyub. Bundan sonra qardaşlıq əlaqələri daha da güclənəcək və bu Qələbə ilə yeni körpülər qurulacaq. Azərbaycan xalqı hər zaman yanında möhkəm dayanan bir qardaşa sahib olduğunu gördü və bundan əmin oldu.

Prezident İlham Əliyev də ifadə etdiyi kimi, Azərbaycan xalqının könül xoşluğu ilə qalib və qürurlu bir cəmiyyət olaraq Novruz tonqalını yandırdıqları torpaqlarına, evlərinə qələbə və bayram sevinci ilə qayıtmaları üçün qardaş Türkiyə dəstəyini əsirgəməyəcək.

“Azərbaycan xalqının tarixi abidələrinin, mədəniyyət ocaqlarının, müqəddəs yerlərinin və əmlaklarının ermənilər tərəfindən vəhşicəsinə məhv edilməsi insanlıq əleyhinə cinayətdir. Türkiyə Qarabağın sürətli inkişafı üçün bölgənin yenidən qurulmasına, insanların məskunlaşdırılmasına dəstəyini verəcək. Türkiyə min illərdir sivilizasiyaların beşiyi olan Qarabağın yenidən möhtəşəm mədəniyyət mərkəzinə çevrilməsi üçün bütün təcrübə və imkanlarını bölüşməyə hazırdır. Doğma yurdlarından didərgin düşən azərbaycanlı qardaşlarımız evlərinə qayıdacaq, torpaqları çiçəklənəcək, Qarabağ inkişaf edəcək. Qafqazın incisi Şuşanın və azad olan bütün Qarabağın tezliklə türk dünyasının ən gözəl bölgələrindən birinə çevrilməsi üçün qüvvə və bacarığımızı əsirgəməyəcəyik”, - deyə səfir bildirib.

Diplomat qeyd edib ki, bu yeni dövrdə əsas məqsəd xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrini sarsılmaz təməllərlə gücləndirmək, münasibətlərimizi bütün sahələrdə, xüsusilə siyasi, iqtisadi və mədəni sahələrdə dərinləşdirməkdir. Daha da möhkəmləndiriləcək dostluğun və əməkdaşlığın dünyada sülhə və təhlükəsizliyə olduğu kimi, ölkələrimizin ortaq maraqlarına da töhfə verəcəyinə səmimi qəlbdən inanırıq. Əminik ki, ticarət dövriyyəsinin artması ilə yanaşı, təhsil və mədəniyyət sahələrində də əməkdaşlıq inkişaf edəcək, xalqlarımızın ortaq tarixə, qədim mədəniyyət və ənənələrə əsaslanan dostluğu və qardaşlığı daha da möhkəmlənəcəkdir.

“Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın dünyada analoqu yoxdur. Dünya Qarabağ zəfəri ilə iki qardaş ölkənin birliyinin və gücünün şahidi oldu. Vəzifəmiz dostluq və qardaşlıq mayası ilə yoğrulmuş bu əlaqələrin və əməkdaşlığın səviyyəsini daha da yüksəltmək, ölkələrimizin bölgədə və dünyada daha güclü olmalarına töhfə verməkdir. Heç bir qüvvə Türkiyə-Azərbaycan birliyini sarsıda bilməyəcək”, - deyə C.Bağçı vurğulayıb.

Paylaş:
531

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər