Ən böyük avtomobil istehsalçılarından biri Bakıda yeni ünvanda – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ən böyük avtomobil istehsalçılarından biri Bakıda yeni ünvanda – FOTO

S.Xankişiyeva10:00 - 05 / 05 / 2021
Ən böyük avtomobil istehsalçılarından biri Bakıda yeni ünvanda – FOTO

Dünyanın ən böyük avtomobil markası olan Volkswagen Azərbaycanda yeni, regionda analoqu olmayan mərkəzi ilə Bakıda fəaliyyətinə davam edir.

Volkswagen AG-in Azərbaycanda rəsmi və yeganə dileri “Azərbaycan Automobiles” şirkəti yeni Volkswagen Azərbaycan mərkəzinin açılışını elan etdi.

Yeni Volkswagen Azərbaycan Mərkəzi Nəcəfqulu Rəfiyev küçəsi 29 ünvanında, Xətai metrosu və Bravo Xətai filialının arasında yerləşir. Mərkəz tam olaraq beynəlxalq Volkswagen konsepsiyasına uyğun olaraq inşa etdirilmişdir.

Volkswagen Azərbaycan Mərkəzi tam yeni konsept avtosalon və ona bitişik servis bölməsindən ibarətdir. Binanın layihəsi Volkswagen beynəlxalq ekspertləri tərəfindən hazırlanmışdır. Avtosalon avtomobillərin girişi və təhvil-təslimi üçün xüsusi olaraq ayrılmış iki girişdən ibarətdir, müştərilər üçün isə individual rahat parkinq yerləri və hər cür rahatlıqlarla təchiz edilmişdir. Burada ən son Volkswagen modelləri ilə tanış ola, yerindəcə bəyəndiyiniz avtomobilin qeydiyyatını apara və aktual kampaniyalar barədə məlumat əldə edə bilərsiniz.

Volkswagen Azərbaycanda servis müştərinə xidmət göstərilməsinə xüsusi diqqət verilmişdir. Yeni Rəsmi Servis interaktiv qəbul bölməsi, 12 ədəd qaldırıcı və 4D texnologiyalı təkər çəpliklərinin nizamlanması(razval) bölməsindən ibarətdir. Avadanlıqlar və alətlər ən son texnologiyalara uyğun, Volkswagen tərəfindən akkreditasiya olunmuş “Maha”, “Hazet” və digər beynəlxalq brendlərin ən müasir kolleksiyalarıdır. Bundan əlavə servisdə yalnız rəsmi servisə məxsus lisenziyalı diaqnostika proqramı, havaçəkmənin smoq testi, avtomobil işıqlarının tənzimlənməsi stendi və digər avadanlıqlar müştərilərin xidmətindədir. Yalnız orijinal ehtiyat hissələrinin satışını həyata keçirən Rəsmi Servis bütün ehtiyat hissələrinə 2 il, maye və əlavələrə isə 6 ay və ya 8000 km istehsalçı zəmanəti verir. Təcrübəli usta heyəti isə mütəmadi olaraq beynəlxalq təlimlərdə iştirak edir, avtomobillərə yüksək səviyyədə xidmətin təşkil olunmasını təmin edir.

Avtomobilinizi servisə gətirərkən sadəcə interaktiv qəbul bölməsində bütün məlumatları əldə edib avtomobili təhvil verirsiniz. Bütün təmir prosesini servisin hər bölməsində quraşdırılan 360 dərəcə kamera sistemi ilə izləmək mümkündür. Sizə yalnız avtosalonun 2-ci mərtəbəsində yaradılan gözləmə zonasında istirahət edərək işlərin görülmə prosesinə nəzarət etmək qalır.

Volkswagen Azərbaycan Mərkəzi hər gün xidmətinizdədir. Avtosalon həftə içi saat 10:00-dan 19:00-a və həftəsonları 10:00-dan 18:00-a kimi, Rəsmi Servis isə bazar günü istisna olmaqla hər gün 9:00-dan 18:00-a qədər fəaliyyət göstərir. Volkswagen-in Azərbaycandakı fəaliyyəti və aktual kampaniyalar barədə www.volkswagenauto.az saytında məlumat əldə edə, yaxud *0999 vahid çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. Sizi yeni avtosalonumuzda gözləyirik.

Reklam hüququnda

Paylaş:
569

Son xəbərlər

Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00
Bütün xəbərlər