Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb

S.Xankişiyeva12:16 - 05 / 05 / 2021
Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Vətən müharibəsinin ilk günlərindən itkin düşən və axtarışları davam edən 1990-cı il təvəllüdlü Mingəçevir sakini Tağıyev Pərviz Hafiz oğlunun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib.

Mingəçevir şəhər İcra Hakimiyyətindən APA-ya bildirilib ki, şəhid bu gün saat 14.00-da Mingəçevir Şəhidlər xiyabanında dəfn olunacaq.

Paylaş:
405

Son xəbərlər

Bütün xəbərlər