Binəqədi rayonunda avtomobildən oğurluq edən şəxs tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədi rayonunda avtomobildən oğurluq edən şəxs tutulub

14:58 - 06 / 05 / 2021
Binəqədi rayonunda avtomobildən oğurluq edən şəxs tutulub

Binəqədi rayonunda avtomobildən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, mayın 3-də rayon ərazisində “Nissan” markalı avtomobildən 985 manat məbləğində pul, sənəd və bank kartları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini S.Salmanov Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Hadisə ilə bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Paylaş:
271

Son xəbərlər

Bütün xəbərlər