Qarabağ gəncləri üçün debat və natiqlik təlimləri, debat simulyasiyaları keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ gəncləri üçün debat və natiqlik təlimləri, debat simulyasiyaları keçirilib - FOTO

11:58 - 07 / 05 / 2021
Qarabağ gəncləri üçün debat və natiqlik təlimləri, debat simulyasiyaları keçirilib - FOTO

"Vətəndaş Cəmiyyətində Debat" İB (DVC) tərəfindən Qarabağ gəncləri üçün ilk dəfə keçirilən və yüksək marağa səbəb olan "De-Qayıdış" debat müsabiqəsi davam edir.

1news.az-ın məlumatına görə, mövzusu "Qarabağa qayıdış prosesinin həyata keçirilməsində əsas rolu dövlət, yoxsa cəmiyyət oynayır?" olan müsabiqə çərçivəsində Qarabağ gəncləri üçün 4 günlük debat və natiqlik təlimlərinin ardından mövzu görüşləri və təcrübəli debatçıların iştirakı ilə onlayn şou-debat keçirilib.

Müsabiqənin növbəti mərhələsində işğaldan azad olunmuş 11 regionumuzdan seçilən Qarabağ gəncləri 20 komanda olmaqla, debatlara hazırlıq məqsədilə praktiki görüşlərdə, davamında isə may ayının 1 və 2-də Qarabağ gəncləri müsabiqənin seçim mərhələsində iştirak edib. Seçim mərhələsini uğurla keçən 8 komanda yarımfinal, final mərhələlərində yarışacaqlar.

Qeyd edək ki, müsabiqənin məqsədi Prezident İlham Əliyevin “Böyük Qayıdış başlayır” ifadəsinin gənclər tərəfindən dəstəklənməsi, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq və yerli platformalarda gənclərin təmsil olunması üçün Qarabağ gəncləri arasında natiqlik mədəniyyətini inkişaf etdirmək, onların qərar vermə proseslərində, ictimai aktuallıq kəsb edən məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etməkdir.

“De-Qayıdış” debat müsabiqəsinin tərəfdaşları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və "Böyük Qayıdış" Gənclər Təşkilatıdır.

1news.az

Paylaş:
330

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər