Banlayanda huşunu itirən xoruz dünyada məşhur oldu - VİDEO
Çin və Yapon mediasının gündəmindən düşməyən "Huşunu itirən xoruz" İngiltərəyə dəvət edilib.
Dənizlidə yaşayan Okan Gökbudak, uzun müddət hobbi məqsədi ilə bəslədiyi xoruzunun uzun müddət banladıqdan sonra huşunu itirdiyinin fərqinə varıb. O, xoruzu saxladığı yerə kameralar yerləşdirib və həmin anları görüntüyə alıb.
Gökbudak "Bəxtiyar" adını verdiyi xoruzunun bu görüntülərini sosial şəbəkədə paylaşıb. Böyük marağa səbəb olan həmin video izləyicilər tərəfindən bəyənilib. Xoruz necə deyərlər fenomen olub.
"Bahtiyar"ın nüfuzu Çin və Yaponiya kimi bir çox ölkədə yayımlanan xəbərlərlə dünyaya yayılıb. Dünyaca məşhur xoruz üçün video və xəbər çəkilişlərinə görə, müxtəlif yerlərdən yüzlərlə insan gəlir. Amma son baş verən hadisə həqiqətən də böyük marağa səbəb olacaq addımdır. Belə ki, Gökbudak "Bahtiyar" ilə birlikdə İngiltərədə bir şou verlişinə dəvət alıb.
XəzərXəbər-ə istinadən "Bahtiyar"ın banlayanda huşunu itirən anların videosunu təqdim edirik:
1news.az