Azərbaycanda bu günə kimi vaksinasiya olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda bu günə kimi vaksinasiya olunanların sayı açıqlanıb

S.Xankişiyeva16:47 - 08 / 05 / 2021
Azərbaycanda bu günə kimi vaksinasiya olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 856 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5568, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29288 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1661772, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1001968, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 659804 təşkil edir.

Paylaş:
564

Son xəbərlər

Bütün xəbərlər