Goranboyda polisə zor tətbiq edildi - Cinayət işi başlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Goranboyda polisə zor tətbiq edildi - Cinayət işi başlanıldı

14:01 - 12 / 05 / 2021
Goranboyda polisə zor tətbiq edildi - Cinayət işi başlanıldı

Mayın 11-də saat 20 radələrində Goranboy rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy rayon Prokurorluğundan 1news.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilibki, izahatının alınmasından ötrü Goranboy RPŞ-nə dəvət olunmuş Sərxan Quliyev ünvanına gələn əməliyyat qrupunun əməkdaşlarının tələbinə məhəl qoymayaraq xidməti vəzifələrini yerinə yetirən növbətçi hissəsinin sürücüsü polis serjantı Orxan Vəliyevə zor tətbiq etməklə müqavimət göstərib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Paylaş:
245

Son xəbərlər

Bütün xəbərlər