“OBA” marketlər şəbəkəsi Xocavənd rayonunun şəhid və qazi ailələrini ziyarət edib - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“OBA” marketlər şəbəkəsi Xocavənd rayonunun şəhid və qazi ailələrini ziyarət edib - FOTO - VİDEO

15:51 - 12 / 05 / 2021
“OBA” marketlər şəbəkəsi Xocavənd rayonunun şəhid və qazi ailələrini ziyarət edib - FOTO - VİDEO

“OBA” marketlər şəbəkəsi Ramazan bayramı münasibətilə Xocavənd rayonunun şəhid,qazi və əsgər ailələrini ziyarət edərək ərzaq qutuları paylayıb.

Xeyriyyə tədbirləri və sosial aksiyaları ilə seçilən “OBA” marketlər şəbəkəsinin həyata keçirdiyi layihələr içərisində şəhid ailələri və qazilərə dəstək xüsusi yer tutur. Keyfiyyətli məhsullar və münasib qiymətlərlə 5 ildir müştərilərinə qonşu olan “OBA” marketlər şəbəkəsi növbəti layihəsini Beyləqan rayon ərazisində məskunlaşmış Xocavəndlilər üçün keçirib.

1news.az xəbər verir ki, bu dəfə “OBA” marketlər şəbəkəsi Xocavənd rayon İcra Hakimiyyətinin dəstəyi ilə Beyləqanda salınmış 500 evlər Xocavənd qəsəbəsi və ətraf ərazilərdə məskunlaşan qazilərə, şəhid və əsgər ailələrinə Ramazan yardımı gətirib. “OBA” marketlər şəbəkəsi 10-dan çox şəhid ailəsi də daxil olmaqla ümumilikdə 200-ə yaxın ailəyə yardım qutusu paylayıb.

“OBA” marketlər şəbəkəsinin Marketinq Kommunikasiyaları üzrə şöbə müdiri Fəzilət Səmədova bildirib ki, bu layihələrin məqsədi xalqımıza dəstək olmaqdır:

“OBA” marketlər şəbəkəsi olaraq korporativ sosial məsuliyyət tədbirlərimiz çərçivəsində hər zaman xalqımıza dəstək olmağa çalışırıq. Bu istiqamətdə mütəmadi olaraq müxtəlif yardım layihələri həyata keçirilir. Bu gün isə Xocavənd rayon İcra Hakimiyyətinin dəstəyi ilə Xocavənd və ətraf rayonlarda məskunlaşan qazi və əsgər ailələrimizə Ramazan ayı münasibətilə yardım sovqatı gətirmişik. Məqsədimiz həmişə olduğu kimi əsgərlərimizə, şəhid ailələrinə və qazilərimizə dəstək olmaqdır”.

“OBA” marketlər şəbəkəsinin öz məhsullarından hazırlanmış ərzaq bağlamaları Xocavənd rayon İcra Hakimiyyətinin binası qarşısında qazi və əsgər ailələrinə təqdim edilib.

Vətən müharibəsi qazisi Vüqar Səfərov qazilər adından onları unutmadıqlarına görə şirkətə minnətdarlıq edib:

“ “OBA” marketlər şəbəkəsi kollektivinə qazi olaraq minnətdarlığımızı bildiririk. Müharibə zamanı necə ki, camaatımız arxamızda durdu, nəyə ehtiyac var idisə onunla təmin olunduq. “OBA” marketlər şəbəkəsi yenə Ramazan ayında qazi qardaşlarımızı sevindirdi. Çox sağ olsunlar ki, bizi yaddan çıxarmırlar, hər dəfə yada salırlar. Ona görə də, mən “OBA” marketlər şəbəkəsinin fəaliyyətini yüksək qiymətləndirirəm. Rəhbər heyətinə də, bütün işçilərə də dərin təşəkkürümü bildirirəm, çox sağ olsunlar”.

Ramazan yardımı təqdim olunan Muğanlı kənd sakini Mehriban Hüseynova da minnətdarlıq edib. Həyat yoldaşı MAXE olan M. Hüseynova döyüşçü ailələrinin həmişə qayğı ilə əhatələndiyini diqqətə çatdırıb:

“Sağ olsun dövlətimiz, Prezidentimiz, “OBA” marketlər şəbəkəsi, həmişə döyüşçülərimizi, qazilərimizi, şəhid ailələrini dəyərləndirirlər. “OBA” marketə çox təşəkkürümü bildirirəm ki, belə təşkilatçılıq edib. Çox sağ olsunlar ki, bizi yada salırlar, döyüşçülərimizə dəyər verirlər. Azərbaycan Ordusuna eşq olsun!”

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş döyüşçülərin ailələri ziyarət edilib və onlara Ramazan yardımları evlərində paylanıb. Şəhid ailələri də diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Tədbirin sonunda 44 günlük Vətən müharibəsində canından keçən Xocavənd rayonundan olan şəhidlərin məzarları ziyarət olunub, xatirələri ehtiramla yad olunub.

Reklam hüququnda

Paylaş:
1027

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər