Tanınmış musiqiçi 9 yaşında məcburi tərk etdiyi Cıdır düzünə 29 il sonra geri döndü - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tanınmış musiqiçi 9 yaşında məcburi tərk etdiyi Cıdır düzünə 29 il sonra geri döndü - FOTO

Qafar Ağayev17:41 - 12 / 05 / 2021
Tanınmış musiqiçi 9 yaşında məcburi tərk etdiyi Cıdır düzünə 29 il sonra geri döndü - FOTO

Musiqiçi, Əməkdar artist Fuad İbrahimovun Cıdır düzündə çəkdirdiyi şəkil sosial şəbəkələrdə marağa səbəb olub.

1news.az-ın xəbərinə görə, 1992-ci ildə doğulduğu Şuşa şəhərini tərk etmək məcburiyyətində olan sənətçi Cıdır düzündə bu gün əlində 29 il əvvəl lentə alınan fotonu əlində tutaraq həmin yerdə foto çəkdirib.

"1992-ci ilin yanvar ayında 9 yaşım var idi. Hadisələr çox gərgin idi. Bir çox ailələr kimi, bizi də helikopterlə Cıdır düzündən evakuasiya etdilər. O günləri heç vaxt unutmayacağam. Həmin gündən hamımız olduq məcburi köçkün.... Nə duyğular yaşadığımı söz ilə ifadə etmək mümkün deyil", - o bildirib.

Qeyd edək ki, Əməkdar artist Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən "Xarıbülbül" musiqi festivalında iştirak etmək üçün Şuşaya gedib. Fotonun müəllifi fotoqraf Vüqar İbadovdur.

Paylaş:
755

Son xəbərlər

Bütün xəbərlər