Fənn müsabiqələrinin final mərhələsi keçiriləcək
Mayın 25-də VI məktəblilərarası fənn müsabiqələrinin final mərhələsi keçiriləcək.
Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, Müsabiqənin final mərhələsi mövcud pandemiya qaydalarına uyğun şəkildə ölkə üzrə 33 mərkəzdə təşkil olunacaq. Ümumilikdə 4624 şagird bu mərhələdə iştirak hüququ qazanıb.
Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.
437