Toyların keçirilməsi və metronun açılmasına icazə veriləcəkmi? - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Toyların keçirilməsi və metronun açılmasına icazə veriləcəkmi? - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO

S.Xankişiyeva17:32 - 21 / 05 / 2021
Toyların keçirilməsi və metronun açılmasına icazə veriləcəkmi? - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO

Toyların keçirilməsinə icazə verilməməsi, Bakı Metropoliteninin bu günə qədər bağlı qalması, son günlərin ən çox müzakirə edilən məsələlərindən biridir.

Son günlər Bakıda 100-150 nəfərlik toyların keçirilməsinə razılıq veriləcəyi ilə bağlı xəbərlər yayılmaqrarır. Deputatlar, ekspertlər bu barədə müəyyən təkliflərlə çıxış edirlər. Bildirilir ki, Türkiyə təcrübəsinə əsaslanaraq, müəyyən karantin qaydalarını nəzərə almaqla, toyların da keçirilməsinə artıq qərar vermək olar.

Bəzi ekspertlər metronun müəyyən məhdudiyyətlərlə açılmasının vacib olduğunu vurğulayır. Çünki hazırda paytaxt Bakıda yerüstü ictimai nəqliyyatda böyük sıxlıq yaşanır. Xüsusən də məktəblərdə və bəzi universitetlərdə ənənəvi dərslərin bərpa olunması bu sıxlığı artırıb. Ekspertlər vəziyyətdən çıxış yolu kimi metronun açılmasını görür.

Hazırda hər iki məsələ cəmiyyətdə ən aktual məsələlərdən biridir.

1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Toyların keçirilməsi və metronun açılmasına icazə veriləcəkmi? Və icazə verilərsə necə tənzimlənəcək?” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Milli Məclisin deputatı Cavid Osmanov, sosioloq Əhməd Qəşəmoğlu, həkim pulmonoloq Təranə Əhmədova və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
475

Son xəbərlər

Bütün xəbərlər