Bakıda qadınlar evə basqın edib, xəsarət alan var - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qadınlar evə basqın edib, xəsarət alan var - VİDEO

S.Xankişiyeva11:00 - 27 / 05 / 2021
Bakıda qadınlar evə basqın edib, xəsarət alan var - VİDEO

Bakıda evə basqın edilib.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində yerləşən evlərdən birində yaşayan vətəndaş DİN-in "102" Xidməti-Zəng Mərkəzinə məlumat verərək bildirib ki, 25 may 2021-ci il tarixində gecə saat 04 radələrində evinə daxil olan 2 nəfər naməlum şəxs onun bədəninin müxtəlif nahiyyələrinə dəmir linglə və bıçaqla xəsarətlər yetirib quldurluq yolu ilə əmlakını ələ keçirməyə çalışıblar.

Hadisə ilə bağlı dərhal Sabunçu Rayon Polis İdarəsi və 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Səma Əsədova və paytaxt sakini Dilək İbrahimova saxlanılıb.

Hər iki şəxs törətdikləri hadisəni etiraf edib. Hadisə zamanı Səma Əsədova və Dilək İbrahimova oradan uzaqlaşan zaman evdən zərərçəkənə məxsus “Mitsubishi” markalı avtomobilin açarlarını götürüblər.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

"Səma Əsədova və Dilək İbrahimovanın paytaxt ərazisində törətdikləri cinayətlərin sayının artacağı istisna olunmur", - Mətbuat xidmətindən bildirilib.

Paylaş:
256

Son xəbərlər

Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıbBu gün, 14:32Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü başlayıbBu gün, 13:18Çərşənbə gününün hava proqnozuBu gün, 12:49Misirdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə COP29 Simulyasiya Konfransı başlayıbBu gün, 12:25Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol qəzası olubBu gün, 12:14“COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı təzyiqləri güclənir”Bu gün, 11:49FHN: Ötən sutka 9 nəfər xilas edilibBu gün, 11:26Bakıda ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən iki nəfər polis tərəfindən saxlanılıbBu gün, 11:02Dünya bazarlarında qızıl cüzi ucuzlaşıbBu gün, 10:38BŞİH-də növbəti müşavirə keçirilibBu gün, 10:06Şuşaya növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:43Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşıbBu gün, 09:31Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıbBu gün, 09:15Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:05COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19
Bütün xəbərlər