8 Noyabr prospektindəki park istifadəyə verilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

8 Noyabr prospektindəki park istifadəyə verilib - FOTO

S.Xankişiyeva12:38 - 27 / 05 / 2021
8 Noyabr prospektindəki park istifadəyə verilib - FOTO

Bakının 8 Noyabr prospektində yerləşən park yenidənqurmadan sonra sakinlərin istifadəsinə verilib. Polad Həşimov küçəsində aparılan abadlıq işləri isə yekunlaşmaq üzrədir.

Bu barədə Trend-ə Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, dövlət başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən rayonun Sarayevo küçəsi ilə Məzahir Rüstəmov küçələrinin kəsişməsində, “Bakı” kinoteatrının yaxınlığında yerləşən park əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilib.

8 Noyabr prospektində yerləşən Nizami Gəncəvi adına mədəniyyət və istirahət parkının filialı olan, uzun müddət baxımsızlıq səbəbindən yararsız hala düşən parkda təxminən 3 həftə əvvəl təmizlik və yenidənqurma işlərinə start verilmişdi.

Abadlıq işləri çərçivəsində mövcud olan yararsız oturacaq və söhbətgahlar, idman və əyləncə qurğuları sökülərərək ərazidən daşınıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi üçün yeni suvarma xətləri çəkilib, həmçinin parkın ərazisində müasir işıqlandırma sistemləri quraşdırılıb.

Bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq onlar üçün xüsusi guşələr yaradılıb. Əhalinin istirahəti üçün söhbətgahlar quraşdırılıb, yeni oturacaqların qoyulub, uşaq meydançaları salınıb, uşaq əyləncə və idman qurğuları, şahmat meydançası quraşdırılıb. Ahıl insanların asudə vaxtının səmərəli təşkil edilməsi ilə əlaqədar stolüstü müxtəlif oyunlar üçün nərdtaxta, domino, şahmat və s. təmin edilib.

Parkda yaşıllıq zolaqları və qazon örtüyü salınıb, o cümlədən müxtəlif növ ağaclar, yeni dekorativ gül-çiçək kolları əkilib.

Hazırda rayonun müxtəlif ərazilərində aparılan abadlıq və yenidənqurma işləri Məzahir Rüstəmov küçəsi 15 və Polad Həşimov küçəsi 6 ünvanlarında da yekunlaşmaq üzrədir.

Paylaş:
485

Son xəbərlər

Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıbBu gün, 14:32Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü başlayıbBu gün, 13:18Çərşənbə gününün hava proqnozuBu gün, 12:49Misirdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə COP29 Simulyasiya Konfransı başlayıbBu gün, 12:25Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol qəzası olubBu gün, 12:14“COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı təzyiqləri güclənir”Bu gün, 11:49FHN: Ötən sutka 9 nəfər xilas edilibBu gün, 11:26Bakıda ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən iki nəfər polis tərəfindən saxlanılıbBu gün, 11:02Dünya bazarlarında qızıl cüzi ucuzlaşıbBu gün, 10:38BŞİH-də növbəti müşavirə keçirilibBu gün, 10:06Şuşaya növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:43Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşıbBu gün, 09:31Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıbBu gün, 09:15Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:05COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19
Bütün xəbərlər