Bakıda bu küçə və prospektlər bağlanır - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bu küçə və prospektlər bağlanır - VİDEO

16:21 - 28 / 05 / 2021
Bakıda bu küçə və prospektlər bağlanır - VİDEO

Bakıda keçiriləcək "Formula-1" yarışı ilə bağlı mayın 31-dən iyunun 8-ə qədər bağlanacaq və ya istiqaməti dəyişdiriləcək küçə və prospektlərin adları açıqlanıb.

1news.az xezerxeber.az-a istinadən bildirir ki, paytaxtın Kövkəb Səfərəliyeva, Rixard Zorge, Puşkin, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Azərbaycan, Mikayel Useynov, Zərgərpalan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov, Yusif Səfərov küçə və prospektlərində avtomobillərin hərəkət istiqaməti dəyişdirilir.

"Formula -1" yarışlarında nəqliyyatın təhlükəsizliyini təmin etmək məqsədilə yollarda bir sıra məhdudiyyətlər tətbiq olunacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, avtomobillərin hərəkəti Afiyəddin Cəlilov və Mehdi Mehdizadə küçələrindən Yusif Səfərovla kəsişmədən sağa dəyişdiriləcək. Bundan başqa, Yusif Səfərov küçəsindən yalnız 28 may küçəsinə keçid mümkün olacaq. Sürücülər "20-ci sahə" və Bayraq meydanının yanından hərəkət edərək Bayıl qəsəbəsinin daxili yolları ilə Neftçi Qurban və Xanlar küçələri istiqaməti üzrə Parlament prospektinə, Bakı-Salyan-Ələt yolundan isə Lökbatan dairəsindən 3-cü Kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçməklə davam edə bilərlər.

Araz Əsgərli onu da qeyd edib ki, məhdudiyyət tətbiq olunan istiqamətlərdə yaşayan vətəndaşlara əlavə buraxılış vərəqələri veriləcək. Həmçinin, bu qısa müddət ərzində sürücülərin ictimai nəqliyyata üstünlük vermələri tövsiyə edilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

1news.az

Paylaş:
358

Son xəbərlər

Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıbBu gün, 14:32Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü başlayıbBu gün, 13:18Çərşənbə gününün hava proqnozuBu gün, 12:49Misirdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə COP29 Simulyasiya Konfransı başlayıbBu gün, 12:25Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol qəzası olubBu gün, 12:14“COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı təzyiqləri güclənir”Bu gün, 11:49FHN: Ötən sutka 9 nəfər xilas edilibBu gün, 11:26Bakıda ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən iki nəfər polis tərəfindən saxlanılıbBu gün, 11:02Dünya bazarlarında qızıl cüzi ucuzlaşıbBu gün, 10:38BŞİH-də növbəti müşavirə keçirilibBu gün, 10:06Şuşaya növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:43Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşıbBu gün, 09:31Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıbBu gün, 09:15Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:05COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19
Bütün xəbərlər