Bakıda 7 yaşlı uşaq qardaşını avtomobillə vurub öldürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 7 yaşlı uşaq qardaşını avtomobillə vurub öldürdü

S.Xankişiyeva12:21 - 29 / 05 / 2021
Bakıda 7 yaşlı uşaq qardaşını avtomobillə vurub öldürdü

Binəqədi rayonunun Binəqədi qəsəbəsində faciə baş verib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, 2014-cü il təvəllüdlü N.Valehov nəzarətsiz qalaraq yaşadıqları evin həyətində atasının avtomobilini işə salaraq arxaya hərəkət etdirib.

Bu zaman maşının arxasında dayanan 2013-cü il təvəllüdlü qardaşı nəqliyyat vasitəsinin təkərləri altında qalıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş:
400

Son xəbərlər

Bütün xəbərlər