Həmyerlimizi öldürən polis həbs olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Həmyerlimizi öldürən polis həbs olundu

17:00 - 31 / 05 / 2021
Həmyerlimizi öldürən polis həbs olundu

Novosibirskdə 19 yaşlı azərbaycamlını qətlə yetirən yol polisi əməkdaşı həbs olunub.

1news.az Rusiya mediasına istinadən xəbər verir ki, polis əməkdaşı istintaq müddətində həbsdə olacaq. Yayılan məlumatda bildirilir ki, onun barəsində iki aylıq həbs qərarı çıxarılıb.

Xatırladaq ki, Novosibirskdə polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Sürücü R.Qurbanov polisin xidməti avtomobilinə tərəf aparılıb.

Bu vaxt sərnişin V.Abdullayev dostuna kömək etmək üçün müdaxilə etməyə çalışıb. Hüquq mühafizəçisi güc işlədərək gəncin qollarını burub və onu kapotun üstünə uzandırıb. Bu zaman ehtiyatsızlıqdan əlindəki tapançadan atəş açıb.

Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya gətirilib və iki gün komada qalıb.

Hadisə ilə bağlı "Vəzifə səlahiyyətlərindən sui-istifadə" və "Səhlənkarlıqla sağlamlığa ağır zərər vurma" maddələri ilə cinayət işi açılıb.

1news.az

Paylaş:
377

Son xəbərlər

Bütün xəbərlər