Şəhid övladları üçün “Suraxanı” gəmi-muzeyinə ekskursiya təşkil edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid övladları üçün “Suraxanı” gəmi-muzeyinə ekskursiya təşkil edilib - FOTO

Qafar Ağayev17:14 - 31 / 05 / 2021
Şəhid övladları üçün “Suraxanı” gəmi-muzeyinə ekskursiya təşkil edilib - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən müharibəsi şəhidlərinin övladları üçün “Suraxanı” gəmi-muzeyinə ekskursiya təşkil edib.

1news.az xəbər verir ki, Uşaqlar bələdçilərin müşaiyəti ilə dünyanın ilk tanker-muzeyinin zallarını gəzib, gəmiçiliyə aid eksponatlarla yaxından tanış olublar. Onlar həmçinin oyun manipulyatorlarından istifadə edərək müxtəlif gəmi əməliyyatlarını yerinə yetiriblər.

Ziyarətçilər muzeydəki “Qarabağ Azərbaycandır” adlı interaktivi isə böyük qürurla izləyiblər.

Ekskursiya şəhid övladları və onları müşaiyət edən valideynləri tərəfindən müsbət qiymətləndirilib.

Ziyarətin sonunda uşaqlara “Suraxanı” gəmi-muzeyinin xüsusi hədiyyələri təqdim olunub.

Bildirilib ki, ASCO Korporativ Sosial Məsuliyyəti çərçivəsində bu cür layihə və tədbirləri bundan sonra da davam etdirəcək.

Paylaş:
1551

Son xəbərlər

Bütün xəbərlər