Dağınız skleroz xəstəliyi haqqında nə bilirik? – Həkim məsləhəti | 1news.az | Xəbərlər
Cəmiyyət

Dağınız skleroz xəstəliyi haqqında nə bilirik? – Həkim məsləhəti

16:23 - 07 / 06 / 2021
Dağınız skleroz xəstəliyi haqqında nə bilirik? – Həkim məsləhəti

İnsanlar arasında geniş yayılmış xəstəliklərdən biri də dağınız skleroz xəstəliyidir. Bu xəstəliyə həm gənclərdə, həm də yaşlı insanlarda rast gəlinir.

Mərkəzi Gömrük Hospitalının nevroloqu Arzu Məhərrəmova “Həkim məsləhəti” rubrikasında “Dağınız sklerozun səbəbləri” mövzusunda ətraflı məlumat verib. Həmin məlumatları təqdim edirik.

Dağınız skleroz – mərkəzi sinir sisteminin immun-iltihabi demielinizasiya xəstəliyidir. Bu xəstəlik sinir liflərinin üzərini örtən mielin təbəqəsinin zədələnməsi - demielinizasiya nəticəsində ortaya çıxmaqdadır. Bu şəkildə zədələnmiş yerlərdə ləkələr formalaşır və sinir ötürücülüyü əngəlləyir.

Dağınız sklerozun səbəbləri nədir?

Çox fərqli nəzəriyyələr olsa da, dağınız sklerozun dəqiq səbəbi bilinmir. Keçirilmiş virus infeksiyaları, ətraf mühitdəki zərərli maddələr, qidalanma tərzi, coğrafi yerləşim, immun sistem xəstəlikləri kimi səbəblər birlikdə dağınız sklerozun yaranmasında rol oynayır.

Dağınız skleroz ən çox kimlərdə və hansı yaşda ortaya çıxmaqdadır?

Qadınlarda iki dəfə daha çox rast gəlinir. Xəstəlik ümumən 20-40 yaş arasında görülsə də, daha gənc və ya gec yaşlarda da ortaya çıxa bilər.

Xəstəliyin əlamətləri: halsızlıq, yorğunluq, üzdə, qollarda ya da ayaqlarda keyləşmə, hissizlik, gücsüzlük, iki görmə və ya bulanıq görmə, sidiyi tutmaqda və ya boşaltmaqda çətinlik, qəbizlik, titrəmə, baş gicəllənməsi və müvazinət problemləri, əhval-ruhiyyənin aşağı düşməsi, yuxu problemləri kimi müxtəlif nevroloji simptomların birlikdə olması mümkündür.

Dağınız sklerozda əlamətlər xəstədən xəstəyə böyük dəyişkənlik göstərməkdə olub, daha sonrasında tam və ya qismi düzəlmə görülməkdədir.

Xəstəliyin diaqnostikası anamnez, müayinə və köməkçi testlər ilə (MRT, Beyin-onurğa mayesi) qoyulmaqdadır. Əvvəllər dağınız skleroz xüsusən gənclərdə, əlilliyə səbəb olan və müalicəsi olmayan xəstəlik kimi bilinsə də, günümüzdə arterial təzyiq, şəkər, tiroid xəstəlikləri kimi nəzarət altına alına bilən xəstəlik halına gəlib. Tez və uygun düzgün müalicə ilə dağınız skleroz ilə bağlı əlillik vəziyyəti ciddi dərəcədə azalıb.

1news.az

Paylaş:
861

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər