“Cinayətkar cəzasız qalmamalıdır” Rusiyada qətlə yetirilən 19 yaşlı soydaşımızla bağlı “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

“Cinayətkar cəzasız qalmamalıdır” Rusiyada qətlə yetirilən 19 yaşlı soydaşımızla bağlı “Çıxışa doğru”da MÜZAKİRƏ

19:11 - 07 / 06 / 2021
“Cinayətkar cəzasız qalmamalıdır” Rusiyada qətlə yetirilən 19 yaşlı soydaşımızla bağlı “Çıxışa doğru”da MÜZAKİRƏ

Novosibirsk vilayətinin Moşkovo qəsəbəsində 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi güllələyərək öldürən polis əməkdaşı Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin tapşırığı ilə azadlığa buraxılıb.

Vəkil Abdullayev mayın 28-də axşam saatlarında başından güllə ilə vurulub. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb və mayın 30-da dünyasını dəyişib.

Cinayəti bilərəkdən törətdiyi iddia olunan yol polisi müfəttişi Aleksandr Qusevin azadlığa buraxılması birmənalı qarşılanmır. Bəziləri iddia edir ki, A. Qusev V. Abdullayevi azərbaycanlı olduğuna görə qətlə yetirib. Bu qətli Rusiyada digər xalqların nümayəndələrinə qarşı ayrı-seçkilik, fobiya motivlərinin mövcudluğu və ifrat millətçiliklə əlaqələndirənlər də az deyil. İttiham olunan şəxsin azadlığa buraxılmasını isə Rusiyanın hüquq sistemindəki ciddi problemlərlə əsaslandırırlar.

1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Cinayətkar cəzasız qalmamalıdır. Rusiyada qətlə yetirilən 19 yaşlı soydaşımız” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Bakı Slavyan Universitetinin dosenti, müstəqil jurnalist Mübariz Əhmədov, hüquqşünas Əlövsət Allahverdiyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Ramin Həbibzadə və Avropa Hüquqşünas Tələbələr Assosiasiyası - Bakı İctimai Birliyinin sədri Mirazər Məmmədzadə mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
428

Son xəbərlər

Bütün xəbərlər