Azərbaycanda gənci sel apardı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda gənci sel apardı - FOTO

12:43 - 07 / 06 / 2021
Azərbaycanda gənci sel apardı - FOTO

Şəkinin Kiş kəndində boğulma hadisəsi qeydə alınıb.

1news.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Qurucana çayında baş verib. Çaya gələn güclü sel kənd sakini, 1996-cı il təvəllüdlü Şamil Azər oğlu Əhmədovu aparıb. 25 yaşlı Ş.Əhmədovun meyiti çaydan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Ş.Əhmədov yeni ailə qurmuşdu.

Xatırladaq ki, Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

1news.az

Paylaş:
313

Son xəbərlər

Bütün xəbərlər