Bu gün Azərbaycanda neçə nəfər koronavirusa yoluxub? - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Azərbaycanda neçə nəfər koronavirusa yoluxub? - STATİSTİKA

Qafar Ağayev16:44 - 09 / 06 / 2021
Bu gün Azərbaycanda neçə nəfər koronavirusa yoluxub? - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 239 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 917 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 626 nəfər müalicə olunaraq sağalıb, 4 948 nəfər vəfat edib, aktiv xəstə sayı 2 343 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 158, ötən müddət ərzində isə ümumilikdə 3 589 231 test aparılıb.

Həmçinin bax: 9 iyuna olan vaksinasiya STATİSTİKASI açıqlandı

Paylaş:
1083

Son xəbərlər

Bütün xəbərlər