9 iyuna olan vaksinasiya STATİSTİKASI açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

9 iyuna olan vaksinasiya STATİSTİKASI açıqlandı

Qafar Ağayev16:47 - 09 / 06 / 2021
9 iyuna olan vaksinasiya STATİSTİKASI açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 466 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 394, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 072 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 624 876, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 679 448, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 945 428 təşkil edir.

Bu gün Azərbaycanda neçə nəfər koronavirusa yoluxub? - STATİSTİKA

Paylaş:
640

Son xəbərlər

Bütün xəbərlər