“Pandemiya dövrünün məzun attestasiyası necə keçiriləcək?” “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

“Pandemiya dövrünün məzun attestasiyası necə keçiriləcək?” “Çıxışa doğru”da MÜZAKİRƏ

19:44 - 09 / 06 / 2021
“Pandemiya dövrünün məzun attestasiyası necə keçiriləcək?” “Çıxışa doğru”da MÜZAKİRƏ

Pandemiya ölkəmizin təhsil sisteminə də təsirsiz qalmamışdır. İlkin mərhələdə təhsil sistemi pandemiyaya adekvat reaksiya göstərə bilməmiş, sadəcə proseslərin arxasınca getmişdir.

Əksər hallarda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının qısa bir müddət sürəcəyi və tezliklə fəaliyyətini davam etdirəcəyi barədə gözləntilər var idi. Lakin pandemiyanın kütləvi itkilərlə müşayiət edilməsi və hələ uzun müddət davam edəcəyi aydın olandan sonra, təhsil sistemləri təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görməyə başlamışlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2020-ci il tarixli 35s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı”nın icrası ilə bağlı Təhsil Nazirliyi tərəfindən Tədbirlər Planı hazırlanıb həyata keçirilməsinə başlandı. Nazirlikdə 7/24 saat rejimində fəaliyyət göstərən Qərargah yaradıldı və hər gün hər bir təhsil müəssisəsindən vəziyyətlə bağlı məlumatlar toplandı, ümumiləşdirildi və Nazirlər Kabineti yanında Operativ Qərargaha ötürüldü.

1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Pandemiya dövrünün məzun attestasiyası necə keçiriləcək?” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – fəlsəfə üzrə fəlsəfə doktoru, təhsil eksperti Mütəllim Rəhimli, təhsil məsələləri üzrə mütəxəssis Elvin Bədirov, ixtisas seçimi və karyera üzrə mütəxəssis Adil Vəliyev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, texnika elmləri üzrə fəlsəfə doktoru Bayram Aslanov mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
506

Son xəbərlər

Bütün xəbərlər