Əli Həsənovun rəis olan kürəkəni daxili işlər orqanlarından xaric edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Əli Həsənovun rəis olan kürəkəni daxili işlər orqanlarından xaric edildi

09:41 - 09 / 06 / 2021
Əli Həsənovun rəis olan kürəkəni daxili işlər orqanlarından xaric edildi

Qaradağ Rayon Polis İdarəsinin rəisi öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmri ilə polis polkovniki İsfəndiyar Mehbalıyev öz xahişi ilə daxili işlər orqanlarından xaric edilib. İdarə rəisinin yerinə yeni təyinat olmayıb.

Faktı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti təsdiqləyib.

Qeyd edək ki, İ.Mehbalıyev Prezidentin keçmiş köməkçisi, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun kürəkənidir.

Paylaş:
294

Son xəbərlər

Bütün xəbərlər